adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Aprel 2021 17:30
32070
İDMAN
A- A+

Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə futbol turniri keçiriləcək

“ASAN Könüllülük” Məktəbinin və “Qarabağ” futbol klubunun birgə əməkdaşlığı ilə “Dostluq” turniri keçiriləcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, turnir Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun əziz xatirəsinə həsr olunacaq. Belə ki, 22 aprel tarixində futbol klubunun oyunçusu və baş məşqçisi kimi fəaliyyət göstərmiş, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 75-ci ili tamam olur.

Gənclərin diqqətinin bu əlamətdar təqvim gününə cəlb edilməsi, Milli Qəhrəmanımızın əziz xatirəsinin anılması və könüllülər arasında təbliği məqsədilə ASAN könüllüləri tərəfindən 12 – 22 aprel tarixində “Dostluq” turniri təşkil olunacaq.

Turnir çərçivəsində 12 qurumun könüllülərindən ibarət komandalar yarışacaq.