adalet.az header logo
  • Bakı 7°C
09 Aprel 2021 16:39
37239
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 2 206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

Ölkədə son sutka ərzində 12 692 test aparılıb.