adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Aprel 2021 13:12
38819
ƏDƏBİYYAT
A- A+

Fərid Hüseyn: Zoşşenkonun "Qaloş" hekayəsi yadıma düşdü

Təzə doğulan körpələrə 200 manat birdəfəlik pul verilir. Tələb olunan sənədlərlə maraqlandım, o qədər kağız-kuğuz istədilər ki, nəhayətdə Mixail Zoşşenkonun "Qaloş" hekayəsi yadıma düşdü. Hekayədə baş qəhrəmanın qaloşunun bir tayı metronun basabasında ayağından çıxır, ha axtarsa da tapa bilmir, gedib metro polisinə şikayət edir. Ondan qaloşun ona aid olmasını sübut edən çoxsaylı sənədlər tələb edirlər. Həmin sənədləri toplayarkən, get-gəldə qaloşun o biri tayını da itirir.