SON DƏQİQƏ:

Soyuqdəymə və qripdən türkəçarə ilə müdafiə: Faydalı içəcəklər, xeyirli yeyəcəklər...

  31061   |  
Şriftin ölçüsü  

Qışın son günləridir. Qarşıdan yazın anbaan dəyişən günləri gəlir. Gündüzlər günəş, gecələr ayaz olan havalarda insan orqanizmi immunitet itkisi ilə üzləşir və bu zaman bütün mövsümlərin xarakterik xəstəliyi olan soyuqdəymə, qrip intensivləşir. Təbii ki , səhiyyə sistemimizin bərbad olduğu, dərmanların necə deyərlər, “od qiymətinə” satıldığı bir dövrdə nənə-babalarımızdan qalma sadə türkəçarələrlə  mövsümi xəstəliklərə qarşı müdfiə xətti yarada bilərik.

 

Qrip və soyuqdəymə xəstəliklərini ayırın

 

Tibb mütəxəssislərinin fikrincə qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temperaturu azaldan dərman qəbul edən zaman belə azalmır.

Xarici mətbuat bu barədə həkim Pyotr Davıdov danışaraq qeyd edib ki, qrip zamanı xəstənin gözlərində qızartı, sinədən gələn öskürək, əzələlərdə əzginlik və burun qanaxması müşahidə edilə bilər.

 

.

Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə – aşağı temperaturun, daha dəqiq desək, soyuğun orqanizmə təsiri nəticəsində yaranan haldır. Soyuqdəymə xəstəlikləri bir sıra infeksiyaların və iltihabi proseslərin inkişafına təkan verir. Xüsusən də qripp, paraqripp, adenovirus, herpes, göyöskürək, stafilokokk və pnevmokokk infeksiyaları soyuqdəymə zamanı daha tez baş qaldırır: boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir. Öskürək və ürəkbulanma yaranır.

Həkim P. Davıdov əlavə edib ki, vaxtında həkimə müraciət edilərsə, qrip 4-5 günə sağalır. Ancaq xəstələnməmək üçün peyvəndləmə vacibdir.

Yazın soyuqdəyməsindən və qripindən necə qorunaq?

 

Ev şəraitində soyuqdəyməni müalicə etmək olar, bir şərtlə ki, soyuqdəymə başqa fəsadlar verməmiş olsun. Soyuqdəymə ilə mübarizədə ən sadə və eyni zamanda təsirli vasitə bol mayenin qəbuludur. Soyuqdəymə zamanı bol mayenin (çay və ya müxtəlif dəmləmələr) qəbulu toksinləri orqanizmdən sürətlə xaric edir. Nəticədə insan daha tez sağalır və fəsadlar inkişaf etmir. Maye şəklində müxtəlif vitaminli çaylar və müalicəvi bitkilərin dəmləmələri istifadə etmək daha yaxşıdır. Bu vasitələr sağalma prosesini sürətləndirir.Müxtəlif müalicəvi dəmləmələri və çayları növbələşdirmək məsləhətdir.

 

Sağlamlığın rəhni: Çay , süd, şirə, kompot...

 

Herba-flora jurnalı dədə-babadan qalma soyuqdəymə və qripə qarşı mübarizə üsullarını toplayaraq sağlamlığımız üçün böyük işlər görüb. Bu adi və sadə üsullarla sağalacağınıza inanıb siyahını sizə təqdim edirik.

- Ballı-limonlu çay.Həm qara, həm də yaşıl çaydan istifadə etmək olar. Çaya 1/2 çay qaşığı limon şirəsi və 1 çay qaşığı bal əlavə olunmalıdır. Limon şirəsi və bal qaynar deyil, bir qədər soyumuş çaya əlavə olunmalıdır.

 

 

- Qripin qarşısını alan çay.İki filtr-bağlama Teaqrip 1 stəkan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, süzülür, dəmləməyə 1 çay qaşığı təbii bal əlavə olunur. Qripin başlanğıcında bu çayı gündə 4-5 dəfə içdikdə infeksiyanın inkişafı ləngiyir, əlamətləri azalır, qrip artıq baş veribsə sağalma sürətlənir.

- Moruqlu-cökəli çay.1 xörək qaşığı cökə çiçəkləri 1 stəkan qaynar suda dəmlənilir və 10 dəqiqədən sonra süzülün. Daha sonra 1-2 çay qaşığı moruq mürəbbəsini əlavə edin və qəbul edin.

- Meyvə qurularından kompot.Alma, armud, qara gavalı, ərik quruları, kişmiş yaxşı yuyulur. Qaynayan suya əvvəlcə alma və armud quruları, 20 dəqiqə qaynadıqdan sonra gavalı, axırda isə ərik qurusu və kişmiş əlavə edilir. Bir qədər soyuduqdan sonra kompota bir az bal və limon şirəsi əlavə etmək olar.

- Zəncəfilli-limonlu çay.Yarım çay qaşığı xırdalanmış zəncəfil kökləri, hərəsindən 1 çay qaşığı limon şirəsi və bal, bir çimdik darçın stəkanda qarışdırılır, üzərinə çox qaynar olmayan isti su əlavə olunur. Həmin çay orqanizmi isidir, tərlədir və mikroblarla mübarizədə kömək edir.

- Bitki çayların qarışığı.İmmunotea və Teasept çaylarının hərəsindən 1 filtr-bağlama 1 stəkan qaynar suda 15-20 dəqiqə ərzində dəmlənilir, gündə 3-4 dəfə yeməkdən əvvəl içilir. Dəmləmə tərlədir və qızdırmanı salır, həm də orqanizmin müqavimətini gücləndirərək soyuqdəymənin qarşısını alır.

 

 

- Çobanyastığı çayı.Hərəsindən 1 çay qaşığı olmaqla çobanyastığı və cökə çiçəkləri 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənilir və süzülür. Qəbul etdikdən əvvəl dəmləməyə 1 çay qaşığı bal əlavə edin.

- Exinaseya çayı.1 xörək qaşığı exinaseya otunun üzərinə yarım litr qaynar su əlavə olunur və termosda 5-6 saat ərzində dəmlənilir. Dəmləndikdən sonra gündə 3 dəfə 1/3 stəkan qəbul edilir. Exinaseya çayı immun sistemi gücləndirir, virus və bakteriyalarla mübarizədə kömək edir.

- Minerallı isti süd.Qələvi mineral suyunun qapağı açılır və 1 saat ərzində tərkibində olan qazların xaric olması üçün gözlənilir. İnək südü isidilir və mineral su ilə yarıbayarı qarışdırılır. İlıq şəkildə içildikdə bu qarışıq bəlğəmin xaric olunmasını asanlaşdırır.

- Sarımsaqlı süd.Sarımsaq qabığından soyulur, əzilərək şirəsi çıxarılır. 1 stəkan isti südə 10 damcı sarımsaq şirəsi əlavə olunur və gecə yatmazdan əvvəl içilir. Belə süd orqanizmə bakterisid və virus əleyhinə təsir göstərir.

- Çuğundur şirəsi.Çuğundur sürtgəcdən keçirilir, şirəsi sıxılır və gündə 3-4 dəfə 3 damcı burun dəliklərinə damızdırılır. Zökəmin müalicəsində ən yaxşı vasitələrdən biri hesab olunur.

-İtburnu çayı.Qurudulmuş itburnu meyvələri xırdalanır, 5 xörək qaşığı götürülərək termosda 1 litr qaynar suda dəmlənilir və gün ərzində fasilələrlə içilir.

 

Umac, əriştə, qaşıqxəngəli...

 

 

Terapevtlərin fikrincə, temperatur qalxan kimi tez aşağı salmağa çalışmayın, temperatur orqanizmi səfərbər edir yalnız temperatur çox yüksəyə qalxdığı zaman müdaxilə edin çünki yüksək temperatur bədənə zəhərli maddələrin sorulmasına səbəb olur bəzi adamlarda isə temperatur qalxan zaman qıcolmalar olur. Temperaturu aşağı salmaq üçün təbii alma sirkəsi ilə yarıbayarı durulaşmış alma sirkəsindən istifadə edə bilərsiniz beləki alma sirkəsi ilə xəstənin qollarını və ayaqlarını tez-tez islada bilərsiniz. Ayaqlara sirkəli vanna edilməsidə yaxşı nəticə verir.

Soyuqdəymə və qriplə əlləşdiyiniz vaxtda “nə yesəm”-deyə düşünərsinizsə, o zaman rəhmətlik Bahar nənəmin bizə bu xəstəlik zamanı verdiyi dadlı-sulu xörəklərin adını deyim: bolluca nar turşusu tökülmüş qara -əvəlikli umac, bol istiotlu qaşıqxəngəli, sulu- maş lobyalı əriştə, əməköməci buğlaması (sarımsaqqatıqla) . Bu məcunları ətsiz yemək olduğuna görə. Yaxına buraxmaq istəməyəndə, nənəmizin inamla dediyi:” ölü yesə, dirilər” məsləhətinə qulaq asmaq məcburiyyətində qalardıq və tez bir zamanda da sağalardıq.

Yeyin, için sağalın, Allaha əmanət olun!

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK