Xalq artisti: “ Mənim üçün “Nəsimi”, “Babək” indi öldü”
Xalq artisti Fatma Mahmudova həmkarı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri xalq artisti Rasim Balayevin ölmü ilə bağlı
Adalet.az-a açıqlamasında onun ölmü ilə barışmadığını söyləyib:
“ Xalq olaraq hər kəs Azərbaycan kinosundan bir dahi itirdi, amma mən həm də bir həmkar və bir doğma insan itirdim. Mənim üçün “Nəsimi”, “Babək”, “Beyrək” indi öldü. Rasim Balayevin ölmünü heç cür qəbul edə bilmirəm. Elə bilirəm bu hadisə yuxudur. Onun ölmü ilə kinomuzun böyük bir hissəsi getdi. Heyf, çox heyf Rasim Balayevdən”.
Qeyd edək ki, xalq artisti Rasim Balayev 29 mart 2026-cı ildə İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. O, martın 30-da Azərbaycan Dövlət Akademik Dram Teatrında keçirilən vida mərasimindən sonra Birinci Fəxri Xiyabanda dəfn olunub.
Əntiqə


Bakı -°C

