"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
Yasamal rayonu ərazisində yerləşən və uzun illər “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma işlərinin həyata keçirilməsi planlaşdırılır.
Adalet.az xəbər verir ki, hazırlanan yeni layihəyə əsasən, gölün ətrafı müasir şəhər parkı konsepsiyası əsasında yenidən təşkil olunacaq.
Son illər görülən tədbirlər nəticəsində ərazidə geniş təmizləmə işləri aparılıb. Xüsusi texnikaların cəlb olunması ilə tullantılar ərazidən kənarlaşdırılıb, eyni zamanda suyun çirklənmə mənbələrinin qarşısı alınıb. Bu işlər nəticəsində gölün ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Ətraf ərazilərdə yaşayış massivlərinin inkişafı ilə bu məkan urban mühitin vacib hissəsinə çevrilib və rekreasiya potensialının reallaşdırılması üçün əlverişli şərait yaranıb.
Yeni layihəyə əsasən, gölün perimetri boyunca fasiləsiz piyada və velosiped yolları salınacaq, müşahidə platformaları və sahilboyu istirahət zonaları yaradılacaq. Ərazidə geniş yaşıllaşdırma işləri aparılacaq, sahil xətti möhkəmləndiriləcək və müasir işıqlandırma sistemi qurulacaq.
Bununla yanaşı, layihə çərçivəsində açıq hava idman zonaları, mini futbol və tennis meydançaları, ailəvi istirahət məkanları təşkil olunacaq. Sahil boyunca pavilyon tipli iaşə və xidmət obyektlərinin yerləşdirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, abadlaşdırma layihəsinin icrası “Kristal” şirkətinə həvalə olunub. Layihənin əsas məqsədi göl ətrafını təhlükəsiz, əlçatan və ekoloji baxımdan dayanıqlı ictimai məkana çevirməkdir.
Planlaşdırılan işlərin tamamlanmasından sonra bu məkanın şəhər sakinləri üçün müasir və cəlbedici istirahət zonalarından birinə çevriləcəyi gözlənilir.
Digər Xəbərlər
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 14:27
Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
02 Aprel 2026 12:05
Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
02 Aprel 2026 11:58
Kəlbəcər şəhərinə növbəti KÖÇ - FOTOLAR
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51


Bakı -°C

