adalet.az header logo
  • Bakı -°C
05 Aprel 2026 09:10
130
İDMAN
A- A+

"Atletiko Madrid" meydanda "Barselona" ilə bacarmadı

İspaniya La Liqasının 30-cu turunda "Atletiko Madrid" "Barselona"nı qəbul edib.

Adalet.az xəbər verir ki, görüş hazırkı lider "Barselona"nın 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu "Atletiko"nun hücumçusu Culiano Simeone 39-cu dəqiqədə vurub. Markus Reşford 42-ci dəqiqədə hesabı bərabərləşdirib. Polşalı hücumçu Robert Levandovski 87-ci dəqiqədə oyunda son nöqtəni qoyub.

30 turdan sonra "Barselona" 76 xal toplayaraq turnir cədvəlinə liderlik edir və ikinci yerdə olan "Real Madrid"i yeddi xal qabaqlayır. "Atletiko" 57 xalla dördüncüdür.