... Yaxşı dost qardaş kimidi... Və onlar həmişə bir tikə çörəyini dörd yerə bölüblər... Mənim də bir tikə çörəyini dörd yerə bölən dostlarım olub... Özü də onlar çox olmayıb ; cəmi dörd dost! Əhliman Əliyev, İlham Rəcəbov, Mahmud Qacar , Səməndər Məmmədov! Bu dostlarımın hamısı Allahın dərgahına qovuşub və onlar Azərbaycanın ən böyük ziyalısı, şairi, filosofu idilər. Onlar insan deyildilər, mələk idilər.
Tanıdığı və tanımadıqları adamların hamısına yaxşılıq eləmişdilər. Və bu yaxşılıqları onların çöhrəsinə hopmuşdu. Çöhrəsindən nur yağan dostlarımı professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının dili ilə demiş olsaq, " bir- bir itirdim". Sonuncu sağ dostum, qardaşım, 35 il qonşu olduğum Prezident təqaüdçüsü, şair-publisist, böyük pedaqoq Səməndər Eyvaz oğlu Məmmədovu Novruz bayramı günlərində itirdim.Düzdür,o,72 il yaşamışdı, ancaq onun qəlbi ,ürəyi çox işıqlıydı. Mən onun qədər hamıya yaxşılıq eləyən çox az görmüşəm.35 il məktəb direktoru işləmisdi. Tələbkar və ciddi idi. Həmişə də işlədiyi pedaqoji kollektiv ondan razılıq eləyirdi.
Çünki direktor kimi Səməndər müəllim gözünün işığı olsa da , haqqı, nahaqqa verən deyildi.Elə ona görə də, məktəbdə onu hamı çox istəyirdi;çünki o, müəllimlər müəllimi idi. Çox istedadlı ziyalı kimi bir tarix yazmışdı. Onun müxtəlif yığıncaqlarda qeyri - adı çıxışları, bal kimi söhbətləri dinləyənlər heyran edirdi. Professor Məhərrəm Qasımlı deyir ki,bir tədbirdə Səməndər Məmmədov necə gözəl çıxıs etdisə, hamının xoşuna gəldi və bir məşhur iş adamı paketdə ona 2 min manat hədiyyə etdi. Amma Səməndər müəllim hədiyyəni götürmək istəmirdi və iş adamının dəfələrlə təkidlərindən sonra hədiyyəni qəbul elədi... Səməndər Məmmədov xalq şairi Zəlimxan Yaqubla çox yaxın dost idilər. Zəlimxan Yaqub deyirdi ki, Səməndər Məmmədov Zəlimxanın gəzər kitabxanasıdir, məni oxuya bilməsəniz Səməndiri dinləyin! Bu sözlərdə böyük həqiqət var.
Çünki Səməndər qardaşımız Zəlimxan Yaqubdan sonra klassik və çağdaş Azərbaycan şairlərinin şeirlərini əzbər bilən ikinci böyük istedad sahibi idi. Hansı şairdən desəydin , bir saat həmin şairin şerlərini əzbər deyərdi... O, dünyasını dəyişəndə də, dəfn olunanda da, günəs özü onu son mənzilə yola saldı. Hansı ki, bir gün əvvəl Bakını seysan yağışın suları yaman və keçilməz günə qoymuşdu.O, gün işığı Allahın sevdiyi bəndəsinə son hədiyyəsiydi və onu da Səməndər müəllimə bəxş edirdi. Və Allah öz sevdiyi bəndələrini qoruyur və bir gözəl gündə də öz dərgahına aparır.Səməndər qardaşımızı da belə bir günəşlı gündə apardı.Yeri Cənnət olsun!!! Səməndər Məmmədov Azərbaycan Dövlət Universitetinin ( indiki BDU - nun) filologiya fakültəsini bitirmişdir.O, təyinatla üç il Lerik rayonunun Vistən kəndində müəllim işləmişdı.Və orda dünya boyda hörmət qazanmısdı.
Və ömrünün son günlərinə qədər o yurdun insanları, ziyalıları ilə əlaqə saxlayırdı, hətta onların toy məclislərində iştirak edirdi. Çünki Səməndər müəllim kəsdiyi düz - çörəyə sədaqətli ziyalı idi. Mən onun kimi ailəsinə, dostuna , qonşusuna , bir sözlə , salam verdiyi hər insana sədaqətli adam çox az görmüşəm... O, universitetdə təhsil aldığı illərdə Azərbaycanın böyük müəllimlərindən, ziyalılarından, alimlərindən - Mir Cəlal Paşayevdən, Şamil Qurbanovdan, Qulu Xəlilovdan, Firudin Hüseynovdan, Fərhad Zeynalovdan, Kamil Vəliyevdən çox şeylər öyrənmişdi. Və daha doğrusu , Səməndər Məmmədov bu öz müəllimlərinə- bu , böyük ziyalılara oxşayırdı.Onlar kimi işıqlı... Onlar kimi böyük ürək sahibi.. Onlar kimi ədalətli... Onlar kimi vətənpərvər... Xalq şairi və onun müəllimi Bəxtiyar Vahabzadə və onun yaradıcılığına sonsuz sevgisi vardı və bəzən saatlarla ondan şeir söyləyər, amma yorulmazdı, əksinə ləzzət alardı , çöhrəsində nur yaranardı. Sevimli müəllimi , sabiq millət vəkili, professor Şamil Qurbanovu anım və doğum günündə xatırlayar, qəzetlərdə yazı dərc etdirər və məzarın ziyarət edirdi. Bunu hər tələbə yox , amma Səməndər müəllim edərdi...
Öz kəndi , el ilə bağlı sanballı kitablar ərsəyə gətirmişdi .Təkcə bir neçə hissədən ibarət " Faxralılar" kitabı nəyə desən dəyər . Bu kitabda bu kənddən çıxmış dünya şöhrətli ziyalılar, musiqiçilər, müəllimlər, iqtisadçılar, siyasətçilər, idmançılar , alimlər . Azərbaycan oxucusuna çatdırılıb.Bu işləri görmək, bu işləri kitab kimi oxuculara təqdim etmək elə də asan deyil. Səməndər müəllim bu işləri görmək üçün gözünün nurunu , illərini , aylarını öz elinə qurban verib . Və nəinki Faxralının, Borçalının, Azərbaycanın tarixinə düşüb...Mən bu yazını qələmə alanda bu böyük ziyalının Allahın dərgahına quvuşmasından yeddi gün keçir... Və yeddi gündür ki, Səməndərsiz yaşayırıq...Ailəsi , doğmaları , dostları üçün Səməndərsiz günlər çox çətindir !
Və eləcə də mənim üçün...Səməndər Məmmədov kimi dostu itirən adam necə olar! Bax mən də eləyəm; çünki dostum əbədi gedib , tək qalmışam və gözüm həmişə onu axtarır. Həyətdə dayanmış maşınını görəndə ürəyim para- para olur. Amma bu maşının sükanı arxasında Ramili görəndə bir qədər təsəlli tapıram. Bu təsəllini həm də böyük oğlu Turalda, nəvələrində tapıram. Çünki onlar Səməndər müəllimi oxşayır. Xəstə olanda tez - tez ziyarət edirdim. Və həmişə də bir yerdə oturub çörək yeyəndə , çay içəndə hesabı mənim xəbərim olmadan müəllim verirdi.
Ziyarət edəndə dedim ki, müəllim, Allah qoysa sağal , qalx ayağa bu dəfə qonaqlığı özüm verəcəm. Bu sözlərimdən cöhrəsi güldü və dedi ki, Allah qoysa!!! Mən o qonaqlığı verə bilmədim, zalım ölüm buna imkan vermədi.Və Səməndər Məmmədovun ölümünə hələ də inanmıram və bizim qəlbimizə köçüb. Hər gün xatırlanan, hər gün yada düşən, hər gün sevilən belə böyük müəllimlər müəllimi, belə böyük ziyalı və böyük işıqlı adam Allaha and olsun ki, heç vaxt ölə bilməz ey!!!


Bakı -°C
