Rasim Balayevin Alim Qasımovla MÖHTƏŞƏM DUETİ - VİDEO
Azərbaycanın böyük sənətkarı Rasim Balayevin vəfatından sonra onunla bağlı xatirə yazıları və videolar sosial şəbəkələrdə geniş yayılaraq trendə çevrilib.
Bu çərçivədə Adalet.az daha bir diqqətçəkən videonu təqdim edir. Kadrlardan aydın olur ki, Azərbaycanın görkəmli şairi Ramiz Rövşənin oğlunun toy mərasimində (2013, mart) xalqımızın iki böyük sənətkarı – dünya şöhrətli xanəndə Alim Qasımov və xalq artisti Rasim Balayev birlikdə çıxış edərək unudulmaz anlara imza atıblar.
Həmin məclisdə Rasim Balayevin həzin şəkildə şeir səsləndirməsi, Alim Qasımovun isə ona muğamla müşayiət etməsi qonaqlar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Bu emosional duet təkcə bir çıxış deyil, həm də Azərbaycan mədəniyyətinin dərin köklərini, sənət adamlarının birliyini və qarşılıqlı ehtiramını əks etdirən nadir an kimi yadda qalıb.
Sosial mediada yenidən yayılan bu görüntülər Rasim Balayevin sənət irsinin nə qədər canlı və sevilən olduğunu bir daha sübut edir.
Bakıvaxtı.az həmin videonu bir daha təqdim edir və böyük sənətkar Rasim Balayevə Allahdan rəhmət diləyir. /musavat.com
Digər Xəbərlər
30 Mart 2026 09:36
“Heç şübhəsiz, Rasim Balayev kinomuz üçün daha böyük obrazlar yarada bilərdi...”
29 Mart 2026 21:40
Beynəlxalq Teatr Gününə həsr olunmuş tədbir keçirilib
29 Mart 2026 16:45
Mədəniyyət Nazirliyi Rasim Balayevin ölümü ilə bağlı nekroloq yaydı
29 Mart 2026 13:45
Rasim Balayev vəfat etdi
28 Mart 2026 10:21
İlham Əliyev onları təbrik etdi
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25


Bakı -°C

