SON DƏQİQƏ:

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO

  11180   |  
Şriftin ölçüsü  

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti - 4-cü iclası keçirilib.

Adalet.az xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın fəaliyyətini dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq həyata keçirdiyini qeyd edib.

Qərargahın rəhbəri bildirib ki, ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı və xüsusilə də “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı üçün qısa və uzunmüddətli planlar, “Ağıllı kənd” konsepsiyasının tətbiqi üzrə məruzələr dinlənilib və müvafiq təlimatlar verilib.

İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq işlərin planlı və ardıcıl surətdə aparılmasının vacibliyi vurğulanıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK