İsrail və Yunanıstan birgə dəniz təlimləri keçiriblər
Türkiyə ilə gərginliyin artması fonunda İsrail və Yunanıstan Aralıq dənizində birgə dəniz təlimləri keçiriblər.
Adalet.az “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, təlimlərdə İsrailin raket katerləri və Yunanıstan Hərbi Dəniz Qüvvələrinin bir neçə bölməsinin gəmiləri iştirak edib. Manevrlərə İsrail və Yunanıstan donanmalarının komandirləri Eyal Harel və Dimitrios-Eleftherios Katharos, eləcə də Yunanıstan Baş Qərargah rəisi Dimitrios Hupis rəhbərlik edib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hərbçilər dənizdəki təhdidləri müəyyən etmək və zərərsizləşdirmək, birgə gəmi əməliyyatları aparmaq və düşmən gəmisini raket atəşi ilə məhv etmək üzrə təlim keçiblər.
Digər Xəbərlər
25 Oktyabr 2026 10:33
"Əgər Starlink söndürülərsə, Ukrayna cəbhəsi dərhal dağılacaq" - Mask
25 Oktyabr 2026 10:31
Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır - Müdafiə naziri
24 Oktyabr 2026 18:00
Etiraza qalxan 135 nəfər saxlanıldı - Fransada
24 Oktyabr 2026 17:32


Bakı -°C

