TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
Təhsil müəssisələrində TikTok-a giriş məhdudlaşdırılıb, 200-dən çox zərərli məzmunlu paylaşımın məktəb ərazisində əlçatanlığına məhdudiyyət qoyulub.
Adalet.az xəbər verir ki, bunu "Yeni Sabah"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
Ekspertin sözlərinə görə, məhdudlaşdırılan paylaşımlar arasında psixotrop və narkotik maddələrlə bağlı görüntülər, qeyri-etik materiallar, zorakılıq səhnələri və yeniyetmələr arasında bullinqi əks etdirən videolar var.
E.Əfəndi hesab edir ki, zərərli məzmunlarla mübarizə digər sosial platformalarda da aparılmalı, şagirdlərin məktəbdənkənar vaxtlarda internetdən istifadəsinə diqqət yetirilməlidir.
O, bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb:
"Valideynlər smartfon və texnoloji alətləri övladlarına verdikləri zaman mütləq valideyn nəzarəti panelini aktiv etməlidirlər. Yaxşı olar ki, hər gün övladlarının mobil telefonlarını yoxlayaraq hansı məzmunları izlədikləri və telefona nə qədər vaxt sərf etdikləri barədə məlumatlı olsunlar".
Ekspert sosial şəbəkələrə yaş məhdudiyyətinin tətbiqini də vacib sayır.
"Ən azı 16 yaşdan aşağı şəxslərin platformalardan istifadəsi məhdudlaşdırılmalıdır. Yalnız yuxarı yaş kateqoriyasına icazə verilməlidir", - deyə o bildirib.
E.Əfəndi əlavə edib ki, məktəblərdə uşaqlarla profilaktik söhbətlər aparılmalı, dövlət səviyyəsində də müvafiq tədbirlər görülməlidir. Onun fikrincə, uşaqların diqqəti zərərli məzmunlardan uzaqlaşdırılaraq elmə və təhsilə yönəldilməlidir.
Digər Xəbərlər
24 Oktyabr 2026 09:27
Süni intellekt həkimləri üstələdi
22 Oktyabr 2026 11:47
Süni intellektlə yaradılmış 50 milyondan çox musiqi məhdudlaşdırıldı
21 Oktyabr 2026 07:07
Süni intellekt indi də oğurluq etdi
20 Oktyabr 2026 11:42
Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar olur
19 Oktyabr 2026 14:40
“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR
18 Oktyabr 2026 11:40
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
17 Oktyabr 2026 09:43
8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb
15 Oktyabr 2026 23:35


Bakı -°C

