SON DƏQİQƏ:

Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb

  10302   |  
Şriftin ölçüsü  

Bu ilin 3 mart tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər və Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərinə qarşı olan pozucu əməlləri barədə italiyalı həmkarına məlumat verdi.

Nazir Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin normallaşması üçün üçtərəfli bəyanatların bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan münasibətlərin hərtərəfli inkişafı perspektivləri, regiondakı yeni əməkdaşlıq imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK