SON DƏQİQƏ:

Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb

  12463   |  
Şriftin ölçüsü  

Daha bir beynəlxalq ISO – Keyfiyyətin İdarə Olunması standartı lider mobil operatorun abunəçilərinə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisidir.

Müştəri Xidmətləri sahəsində ölkəmizdə örnək olan “Azercell Telekom” MMC ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar beynəlxalq standartına uyğunluq üzrə sertifikasiya auditini başa vuraraq məhz həmin standart üzrə ilk sertifikatını əldə etdi. “Büro Veritas Azeri” MMC tərəfindən aparılmış audit zamanı müştəri məmnuniyyətinin ölçülməsi və monitorinqi prosesi haqda ətraflı məlumat verildi. Buraya prosesin ümumi əhatə dairəsi, müştəri məmnuniyyətinin ölçülməsinin müxtəlif üsulları, əldə edilən nəticələr əsasında müvafiq tədbirlərin görülməsi və proseslərin, eləcə də xidmətlərin təkmilləşdirilməsində məlumatın istifadə edilməsi və s.kimi tərkib hissələr daxil idi.

Müasir texnologiyaların və biznes həllərin köməyilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən Azercell hazırda öz abunəçilərinə bütün mümkün platformalar üzərindən xidmətləri təqdim edir. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. Azercell-in istifadəyə verdiyi “Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.

Qeyd edək ki, müştərilərə göstərdiyi xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı Şirkət daha öncə ISO 10002:2018 : Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə sertifikat və ISO 18295:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq sertifikatına layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK