Süni Ay torpağında yeməli kartof yetişdirildi
NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar.
Adalet.az xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətində mühüm addım hesab edilir.
Tədqiqatçılar simulyasiya edilmiş Ay torpağının tərkibini üzvi maddələrlə zənginləşdiriblər. Məlum olub ki, kifayət qədər üzvi maddə əlavə edildikdə kartof Yer torpağındakı kimi normal inkişaf edir. Eksperimentdə qırmızı qabıqlı, ağ ətli və tez yetişən “Modoc” kartof sortundan istifadə olunub.
ABŞ və Çin qarşıdakı illərdə Ay səthinə missiyalar göndərməyi və orada uzunmüddətli bazalar qurmağı planlaşdırır. Bütün zəruri ərzaq ehtiyatlarının Yerdən daşınması çətin və məhdud olduğundan Ay səthində qida yetişdirilməsi heyətlərin yaşaması üçün əsas şərtlərdən biri sayılır.
Digər Xəbərlər
24 Noyabr 2026 07:29
Naringi qabıqlarını atmayın: Evdə və mətbəxdə faydalı istifadə üsulları
23 Noyabr 2026 21:00
“Titanik”in sərnişinin üzüyü hərracda satıldı
23 Noyabr 2026 10:58
Küçələrdə heç vaxt bala göyərçin görünməməsinin SƏBƏBİ
22 Noyabr 2026 10:16
Heyvanların hüquqları qorunur, insanların yox!
21 Noyabr 2026 20:40
Ən böyük zərbəni qonşudan aldı...
18 Noyabr 2026 14:01
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - Lotereya qalibi danışdı - VİDEO
18 Noyabr 2026 13:10
Dünya Türk Qəhvəsi Gününü qeyd edin və Hər fincanda Türkiyəni kəşf edin
18 Noyabr 2026 08:31


Bakı -°C

