Bu gün Əfv Komissiyası yeni müraciətlərə baxacaq
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Adalet.az-ın məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.
Digər Xəbərlər
25 Aprel 2024 12:32