adalet.az header logo
  • Bakı 19°C
26 Fevral 2021 19:10
27075
KRİMİNAL
A- A+

Şərur sakini Bakıda narkotik və silahla tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Mahmudov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkar edilib. 

Davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və 1 ədəd müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi götürülüb.