SON DƏQİQƏ:

Texnoloji qeyrət - Orxan Saffari yazır

  16659   |  
Şriftin ölçüsü  

Sosial şəbəkələr hər şeydən öncə özünü ifadə etmə üçün ən effektiv tribunadır. Təbbi, belə məqamda da ortaya nə cür desən insan çıxacaq. Bura elə yerdir ki, heç kəs tam olaraq özü deyil. Fikirlərimizi, düşüncələrimizi bölüşdüyümüz bu şəbəkədə(daha çox feysbuk) hər cür maraqlı, eyni zamanda da məzmunsuz, mənasız insanlarla qarşılaşırıq.

Məsələn, mənim üçün ən mənasız, ən məzmunsuz insanların bir qismi də, "texnoloji qeyrət" hissinə qapılıb, "söyüş söyməyin, qadınlar oxuyur", "18+ şeylər paylaşmayın, sizin də ana- bacınız baxır" və.s kimi "elektron namus" sərgiləyənlərdir. Yəqin ki, hər birinizin qarşısına çıxıb bu cür adamlar və yaxud da elə həmin adamlardan biri sizsizin, ey bunu oxuyaq “Əxlaq polisi”. Əgər sizsinizsə, sizə bir-iki kəlmə sözüm var. Xahiş edirəm, axıra kimi oxuyub özünün tanıyın.

Ey sosial şəbəkə istifadəçisi, sən xəstəsən? başın çatmır? Dəlisən, nəsən sən? Yox, həqiqətən belədirsən, denən, kömək edək, budu buradır da, get İrana, özünü yoxlatdır.

Ümumiyyətlə, bu kimi tendensiyalar artıq qarşısı alınmaz məsələlərdir. Adamlar həqiqətən də düşünür ki, sosial şəbəkələrdə etik olmayan nələrsə onların əxlaqını pozur. Yox, əgər həqiqətən də pozursa, deməli, heç o əxlaq dedikləri nəsnə onlar da yerli-dibli olmayıb. Adamın da əxlaqı porno video gördü deyə pozular? adam da söyüş gördü deyə əxlaqsız olar, ey bəni adəm?

Təbii, mədəniyyət naminə etik olaraq söyüş söyməyə, 18+ nələrisə paylaşmaya bilərsən. Amma etik olmayan bir şeylə əxlaqın, xüsusi ilə qadının əxlaqının pozulmasını düşünmək absurddur. İkinci bir məsələ isə əxlaqın porno görüntülər də, söyüşlərdə görülməsidir ki, bu haqqda danışsam da, bilirəm ki, faydası olmayacaq. Yenə deyəcəklər, söyüş söymə, ay oğraş!

 

Cəmiyyətimizin elə üzvləri var ki, onlar ən xırda bir şeyi belə söyüş bilir, ona görə cinayət də törədirlər. Məsələn, şəxsən mən özüm şahidi olmuşam. Bir neçə il əvvəl bir kafedə 4-5 dost oturub çay içirdik. Qəfildən, ortaya nə düşdüsə, uşaqlardan biri o birisə, hamımızın atası ilə anası yatıb, spermadan əmələ gəlmişik dedi.

Və budur, bununla da “lo” düşdü.

Əl atıldı bıçağa, spermatozoidin biri o birini budundan bıçaqladı.

İndi görəsən, burda problem nədir? Həqiqətin açıq deyilməsi? Axı, burda elə də əlahiddə bir həqiqət yoxdur. Çox kiçik bialoji bir məsələdir, bilikdir. Mən bu hadisədən sonra özümü inandırmağa çalışdım ki, yəqin, o bıçağa əl atan spermatozoid, hələ də onu leyləklərin gətirdiyinə, yaxud da onu zibillikdən tapdıqlarına inanır.

Zibilin biri zibil!

Ümumiyyətlə, adam var, hələ də elə bilir ki, qadınlar söyüş bilmir və öz aralarında söymürlər. Onların heç bir hissi yoxdur, onlar sevmir, yanlız kimsə onları sevsə, “alsa” bu zaman onlarda da nəsə baş verir. Ayıl ey qafil, ayıl!

Onsuz da sən paylaşmasan belə, hər bir qadın sosial şəbəkələrdə hər gün siz qarşılaşdığınız şeylərlə qarşılaşırlar, siz baxdıqlarınıza baxırlar, gülürlər, müzakirə edirlər və.s. Tutaq ki, sən paylaşmadın. Axı Amerikadakı Con paylaşır. Onun vecinə də deyil, o düşünmür ki, bura “ana-bacı” baxır.

Odur ki, klaviaturada enteri yavaş basın, texnoloji qeyrətinizi də özünüzə saxlayın. Düzdü, həyatın heç bir mərhələsində sizə lazım olmayacaq, amma siz yenə də özünüzə saxlayın, elektron namuslular!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK