adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Fevral 2021 12:50
54156
TEXNOLOGİYA
A- A+

"Bayraktar" 300 mininci uçuş saatını başa vurub

Türkiyənin "Bayraktar" pilotsuz silahlı uçuş aparatı ümumilikdə 300 mininci uçuş saatını başa vurub.

Adalet.az-ın məlumatına görə, bu barədə "Baykar" şirkəti bildirib.

Bu nəticə Türkiyə istehsalı olan hava nəqliyyat vasitələri arasında rekord göstərici olub.

Qeyd edək ki, "Bayraktar" uçuş aparatları 2014-cü ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin istifadəsindədir.

Hazırda Türkiyə, Ukrayna, Qətər və Azərbaycanda 160 "Bayraktar TB2" PUA-sı fəaliyyət göstərir.