adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Fevral 2021 16:20
45342
KRİMİNAL
A- A+

Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb

Bakı şəhərində sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinaytləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub.

Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına və ya DİN-in 102 xidmətinə məlumat verə bilərlər.