SON DƏQİQƏ:

AQİL ABBAS: NƏCMƏDDİN SADIQOV AZ QALA ÇEVRİLİB DÖVLƏT SİRRİNƏ 

  167916   |  
Şriftin ölçüsü  

Müharibə başlayandan iki gün sonra Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov qeybə çəkilib.

Nəhayət, neçə aydan sonra Müdafiə Nazirliyi bir açıqlama yaydı ki, artıq Nəcməddin Sadıqov onlarlıq deyil.

Jurnalistlər də generalı axtarır. Biri yazır, Qəbələdəki villasında öz kefindədi.

Biri yazır, Bakıdakı villasında bilyard oynayır.

Başqa biri yazır, ürəyində problem yaranıb, aparıblar Moskvaya.

Başqa biri yazır,ev dustağıdı və sair və ilaxır.

Kəsəsi. Nəcməddin Sadıqov dövlət sirrinə çevrilib.

Yadıma 92-ci ildə «Çeşmə» qəzetində getmiş bir lətifə düşdü.

Deməli, bir qəzetəçi çox yüksək vəzifəli bir dövlət məmuru haqqında yazmışdı ki, o axmaqdı. Qəzetəçini məhkəməyə vermişdilər. Hakim ona çox yüksək cəza kəsmişdi – 15 il.

Həmin yüksək vəzifəli dövlət məmurunu təhqir elədiyinə görə yox, mühüm dövlət sirrini açdığına görə.

Day heç nə.

P.S. Nə qədər medalı var, ə?!

Medal demişkən, yadıma bir şuşalı zarafatı düşdü. Bir dostumuz vardı qayınatası İkinci Dünya Müharibəsinin iştirakçısıydı, hər dəfə Şuşaya, kürəkənigilə qalxanda bütün orden-medallarını taxardı.

Şuşalılar da it oynadan, özü də kimin sinəsində hətta ali təhsil nişanı vardısa onunla məzələnərdilər.

Dostumuz hər dəfə qayınatasına yalvarır ki, sənə qurban olum, öz rayonunuzda nə qədər istəyirsən tax şellən, amma Şuşaya gələndə bu medalları taxma, dostlar mənlə məzələnir.

Amma kimə deyirsən?!

Yenə bir gün gəlir, sinə də dolu medalla. Dostumuz gülür və götürüb bir-bir dostlarına zəng edib deyir:

- Axşam qonağımsınız, qayınatam gəlib, özü də boğazından qasığına qədər medaldı.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-18
2021-04-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK