SON DƏQİQƏ:

Cəbhəyanı ərazilərdə ermənilərin basdırdıqları minalar zərərsizləşdirilib - FOTO

  6412   |  
Şriftin ölçüsü  

Yanvarın 22-24-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi sistemindən doqquz, Dövlət Sərhəd Xidmətindən iki müraciət daxil olub.

Agentlikdən verilən məlumata görə, daxil olmuş 11 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 282 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 19 ədəd tank əleyhinə mina, 2 ədəd bombacıq, 200 ədəd 7,62 mm-lik patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 8 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 694 600 kv.m (1 369 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 13 ədəd partlamamış hərbi sursat (PHS), 68 ədəd mina və 2 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK