adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Yanvar 2021 21:36
28194
İDMAN
A- A+

FİFA və UEFA-dan xəbərdarlıq

FİFA, UEFA və digər 5 qitə konfederasiyası Avropa Superliqasının yaradılmas fikri ilə bağlı açıqlama verib.

“Son zamanlarda bəzi Avropa klubları tərəfindən qapalı bir Avropa Super Liqasının yaradılması ilə bağlı mətbuatda xəbərlər yayılıb. Belə bir turnirin FİFA və ya müvafiq konfederasiyalar tərəfindən tanınmayacağını təkrarlamaq və açıq şəkildə bildirmək istəyirik. Nəticədə, belə bir turnirdə iştirak edəcək hər hansı bir klub və ya oyunçu FİFA və ya müvafiq konfederasiyalar tərəfindən təşkil olunan yarışlarda iştirak etmək hüququndan məhrum olacaq. FİFA Klublararası dünya çempionatını yeganə beynəlxalq klub yarışması kimi tanıyır. FİFA tərəfindən tanınan yeganə qitə klub yarışları müvafiq konfederasiyalar tərəfindən təşkil edilən yarışlardır”.

Əlavə edək ki, bəyanatı FİFA prezidenti Canni İnfantino, UEFA prezidenti Aleksander Çeferin, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn İbrahim Əl Xəlifə, Afrika Futbol Konfederasiyasının prezidenti Konstan Omari, CONCACAF-ın prezidenti Vittorio Montalyani, CONMEBOL-un prezidenti Alexandro Dominges və Okeaniya Futbol Konfederasiyasının prezidenti Lambert Meltok imzalayıblar.

Qeyd edək ki, FİFA Dünya Kuboku, Konfederasiyalar Kuboku və Klublar arasında dünya çempionatına sponsorluq edir. Avropa çempionatı, Çempionlar liqası və Avropa Liqasının təşkili isə UEFA-ya aiddir.