SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: BAYRAM SƏFƏROV ŞUŞAYA NİYƏ GETMƏYİB?! 

  67817   |  
Şriftin ölçüsü  

8 noyabrda təkcə Azərbaycanın yox, eləcə də Türk dünyasının mədəniyyət paytaxtı Şuşa işğaldan azad olundu. Və azad olunduqdan sonra da Şuşada polis şöbəsi açıldı, DTX-nın rayon şöbəsi açıldı. Və eləcə də müxtəlif sənət adamları Şuşaya səfər etdilər və Şuşada əsgərlərimizə konsert verdilər.

«Azərişıq» bütün çətinliklərə baxmayaraq, qısa bir zamanda Şuşanı elektriklə təmin elədi.

«Azərsu» ən ağır şəraitdə Şuşaya gələn su kəmərlərini bərpa elədi.

Qalıb qaz məsələsi, onu da bu gün-sabah «Azəriqaz» həll edəcək.

Ən çətin iş «Azəravtoyol»un üstünə düşürdü və çox xoşdur ki, «Azəravtoyol» da bu işin öhdəsindən gələ bildi və Füzulidən Şuşaya olan yolu açdı. Və Möhtərəm Prezidentimiz də ailəsi ilə birlikdə bu yolla özü sükan arxasında keçib getdi Şuşaya və Şuşada bayrağımızı qaldırdı. Və tezliklə həmin yol dünya standartlarına uyğun istifadəyə veriləcək.

Baxıram, bu gün həm mətbuatda, həm saytlarda, həm də sosial şəbəkələrdə ən çox tənqid olunan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdur ki, niyə indiyədək Şuşaya getməyib?! Və ən çox döyülən də, söyülən də Bayram Səfərovdur.

Bayram Səfərovu döyənlərin də, söyənlərin də müəyyən məsələlərdən məlumatları yoxdur.

Bayram Səfərov Şuşa rayon, daha dəqiq, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısıdır, dövlət məmurudur. O, özbaşına deyil ki, istədiyi vaxt Şuşaya getsin.

Bilməyənlər üçün bildirim. Hər hansı bir rayonun icra başçısı qonşu rayonun ərazisinə keçirsə, mütləq Prezident Administrasiyasından icazə almalıdır.

Məsələn, deyək ki, Ağcabədinin icra başçısı gəlib Bayat kəndinə və istəyər ki, ordan getsin Ağdamın Mahrızlı kəndinə ki, ordakı dağıntılarla tanış olsun. Mütləq Administrasiyaya zəng edib icazə almalıdır.

Sözgəlişi. Sovet vaxtı da belə idi.

İndi niyə Bayram Səfərov bugünədək Şuşaya getməyib? Bununla bağlı Bayram müəllim bir açıqlama verib, çox təəssüf ki, açıqlama tam deyil. Çox istərdik ki, ya Bayram Səfərov, ya da onun mətbuat xidməti bu barədə ayrıca açıqlama versin.

Şuşanın icra başçısını tənqid etmək istəyirsizsə, bütün nazirlərin, komitə sədrlərin, icra başçıların yol verdiyi nöqsanları təbii ki, Bayram Səfərovun fəaliyyətində də tapmaq olar, buyurun, tapın və tənqid edin. Amma onun niyə Şuşaya getmədiyi tənqid mövzusu deyil . Nə vaxt dövlət deyəcək, onda da gedəcək. Nə vaxt dövlət Şuşa İcra Hakimiyyətinin Şuşaya köçürülməyini bildirəcək, onda da Şuşa İcra Hakimiyyəti Şuşaya köçürüləcək.

Cənab Prezident yeni bir fərman imzaladı – işğaldan azad olunmuş rayonlarda prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi. Həmin xüsusi nümayəndələr həmin rayonlarda icra

başçısımı olacaq, yoxsa başqa şəxslər, bunu da bu günlərdə öyrənəcəyik və onların səlahiyyətlərini də biləcəyik.

İnşallah, bir az səbr edin, hər şey aydınlaşacaq.

Yeri gəlmişkən, Cəbrayılın, Qubadlının, Zəngilanın, Laçının, Kəlbəcərin, Xocalının və sair və ilaxır başçıları həmin rayonlara gediblərmi?! Təbii ki, yox.

Darıxmayın, hətta icra başçısı olmayan Xankəndinin tezliklə icra başçısı və ya xüsusi nümayəndəsi təyin olunacaq və o da gedib Xankəndində oturacaq.

Sonda. Mən hərbi jurnalist kimi Vaqif Cəfərovla da işləmişəm, Mikayıl Gözəlovla da, Nizami Bəhmənovla da. Üçünün də yeri behiştdi. Hər bir şuşalı Şuşadan ötrü canını verməyə hazır idi və verdilər. Ramiz Qəmbərov vurulanda da Şuşadaydım, Tofiq Oğuz da vurulanda Şuşadaydım, ona görə Şuşanı tanımayanlar və bilməyənlər xahiş edirəm, şuşalılar adından danışmasınlar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK