adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
20 Yanvar 2021 11:02
16751
DÜNYA
A- A+

Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı sazişi müzakirə edir

Yunanıstan parlamenti Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) üzrə sazişi müzakirə edir.

Trend bu barədə Yunanıstan mətbuatına istinadən məlumat verir.

Saziş qaz kəmərinin tikintisi üzrə, eləcə də layihə başa çatdıqdan sonra qaz nəqli üzrə birgə öhdəlikləri əhatə edir.

Qeyd edək ki, IGB layihəsi Yunanıstanla Bolqarıstanın qaz-nəqliyyat sistemlərini birləşdirən interkonnektorun tikintisini nəzərdə tutur. Bunun sayəsində Bolqarıstan ildə 1 milyard kubmetr Azərbaycan qazı əldə edəcək.