adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Yanvar 2021 19:44
29619
ELM VƏ TƏHSİL
A- A+

İstedadlı şagirdlər eksternat qaydasında imtahan verdi

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrindən birini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, eksternat imtahanı yanvarın 19-da təşkil olunub.

Qeydiyyatdan keçmiş şagirdlər hər fəndən 10 sual olmaqla, 3 saat ərzində biliklərini sınayıblar.

Nəticələr BŞTİ-nin təşkil etdiyi komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək.

Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.