SON DƏQİQƏ:

Ötən il 1 ton 873 kq narkotik dövriyyədən çıxarılıb

  22074   |  
Şriftin ölçüsü  

Daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma və təzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, 2019-cu illə müqayisədə 2020-ci ildə 642 kiloqram çox olmaqla, 1 ton 873 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

İnsan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03
2021-03-02

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK