adalet.az header logo
  • Bakı 18°C
16 Yanvar 2021 11:39
19641
SAĞLAMLIQ
A- A+

Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi

COVID-19 əleyhinə vaksinlərin əsas seçim meyarları təhlükəsiz və effektliv olmasıdır.

Adalet.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev deyib.

O bildirib ki, hazırda dünyada 3-cü faza klinik sınaqlarda olan, klinik sınaqları bitən vaksinlərin sayı 7-dir: "Onlar müxtəlif platformalarda hazırlanır. Hal-hazırda dünyada istifadə olunan əksər vaksinlərin insan bədəninə tətbiq edilməsində ikili doza istifadə olunur. Aktiv istifadədə olan vaksinlərin kifayət qədər həcmli istehsalına başlanılıb”.

T.Musayev bildirib ki, koronavirus əleyhinə vaksinlərin alınması çoxtərəfli danışıqlar və birbaşa vaksin istehsalçıları ilə danışıqlar əsasında aparılır.