SON DƏQİQƏ:

Mehriban Əliyeva Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı tapşırıq verdi

  17916   |  
Şriftin ölçüsü  

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

Mədəniyyət Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.

Eyni zamanda görüşdə qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.

Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparılıb.

Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.

Qeyd edək ki, bu yaxınlarda Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-21
2021-01-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK