adalet.az header logo
  • Bakı 13°C
25 Noyabr 2020 21:25
24597
İDMAN
A- A+

“İki qardaş oyuna çıxacaq, amma qələbə qazanmaq istəyirik” – Çalımbay

“Turnirə yaxşı başlamışıq. Üç oyuna çıxmışıq. Bütün oyunlarda qol vurduq. İsrail “Makkabi”si (Təl-Əviv) ilə görüşdə sıxıntılarımız var idi. “Vilyarreal”a qarşı da yaxşı çıxış etmişdik".

Qol.az xəbər verir ki, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Türkiyə klubunun çalışdırıcısı Ağdam təmsilçisi ilə oyunu həlledici adlandırıb: "Qarabağ”a qarşı sabahkı matç bizim üçün finala bərabərdir. Yola davam etmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq”.

Çalımbay koronavirus pandemiyasının komandasında böyük ziyan vurduğunu, heyətdə cəmi 14-15 sağlam futbolçu qaldığını qeyd edib: “Buna baxmayaraq oyunçular hər şeylərini ortaya qoyacaq. Görüşün İstanbulda olması yaxşıdır. Amma Azərbaycan da bizim məmləkətimizdir. Ötən turda “Qarabağ”la matçda bunu hamı gördü. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram”.

Çalımbay Azərbaycanın cəbhə bölgəsindəki qələbə barədə bunları söyləyib: “Onlar nə qədər xoşbəxtsə, biz də o qədər xoşbəxtik. Matç dostluq oyunu kimi gerçəkləşəcək. İki qardaş oyuna çıxacaq. Amma qələbə qazanmaq istəyirik. Azərbaycan çətin dönəm yaşadı. Qələbə münasibəti ilə onları təbrik edirəm”.