adalet.az header logo
  • Bakı 21°C
21 Noyabr 2020 22:36
30700
İDMAN
A- A+

İtaliya Superkubokunun vaxtı və yeri açıqlandı

"Yuventus" və "Napoli" arasında keçiriləcək İtaliya Superkubokunun tarixi və yeri açıqlanıb.

Qol.az Turin təmsilçisinin "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma 2021-ci il 20 yanvar tarixində Reggio nel Emilia şəhərindəki "Sassuolo"nun ev stadionu "Mapei"də keçiriləcək.

Kubokun hazırkı qalibi "Latsio"dur.

Qeyd edək ki, 2018 və 2019-cu illərdə İtaliya Superkboku uğrunda oyunlar Səudiyyə Ərəbistanında, 2016 və 2014-cü illərdə  Qətərdə, 2015-ci ildə  Şanxayda keçirilib.