SON DƏQİQƏ:

“Əl-Cəzirə”nin reportajı: Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - VİDEO

  9573   |  
Şriftin ölçüsü  

“Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb.

Trend xəbər verir ki, reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilir. Qeyd edilir ki, əldə edilmiş razılaşmaya əsasən Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb.

Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”.

Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılır.

Vurğulanır ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.

Reportajda Azərbaycan rəsmilərinə istinadla ölkənin uğurları müharibə yolu ilə əldə etdiyi bildirilir. Bununla yanaşı, o da qeyd edilir ki, Ağdam tək bir silah işlətmədən, itki vermədən geri qaytarıldı. Dörd gün sonra ermənilər Kəlbəcər, ayın sonunda isə Laçın rayonlarından çıxmalıdırlar.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-05
2020-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Dəhlizdə Vəli Xramçaylı ilə qarşılaşan Hidayət Elvüsal:

- Qağa niyə belə pəjmürdəsən?

Vəli:

- Hidayıət məllim, axşam "Napalyon" konyakını "Kutuzov" konyakı ilə zakuska elədim, səhər duranda başa düşdüm ki, 1812-ci il müharibəsi nətər ağrılı gedif.

ARXİV

TƏQVİM

FACEBOOK