SON DƏQİQƏ:

"Hər iki komanda eyni potensiala sahibdir" - "Legiya"nın baş məşqçisi

  15134   |  
Şriftin ölçüsü  

"Jose Kante ilə bağlı problem var. Matçda iştirak etməsi üçün sona qədər mübarizə aparacağıq, amma hələ ki, qərar verilməyib. Digər oyunçular isə sağlamdır və məşq edirlər".

Qol.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı matçdan əvvəl mətbuat konfransında deyib.

"İlk konfransda komandanın müxtəlif parametrlərdə oynaya biləcəyini və matç zamanı sxemin dəyişək ehtimalının olduğunu söylədim. Sabah da belə oynamağa hazırıq. Bu barədə çox danışmaq istəmirəm. Mümkün qədər yaxşı hazırlaşmaq üçün hər şeyi edirik" - deyə o bildirib.

50 yaşlı mütəxəssis hər iki komandanın eyni potensiala sahib olduğunu vurğulayıb: "Qarabağ"ın iki oyunçusunun görüşdə iştirakı sual altındadır. Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəldirik".

Mixneviç deyib ki, hər gün futbolçularla danışır: "Məşqdən əlavə təkbətək söhbətlər etmirəm. Yaxın gələcəkdə mütləq oyunçularla yaxından tanış olacağam. Bu gün vaxtımız azdır. Çalışırıq ki, futbolçular mümkün qədər yaxşı hazırlaşsınlar".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, Mixneviç ötən həftə "Legiya"nın baş məşqçisi təyin olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25
2020-10-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK