adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Sentyabr 2020 16:31
26238
DÜNYA
A- A+

Saakaşvili: Dağlıq Qarabağ Azərbaycandır və bunu heç nə dəyişməyəcək

Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və bunu heç nə dəyişməyəcək.

Adalet.az-ın məlumatına görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında toqquşmalar regionda sülhə və xalqlarımızın taleyinə biganə olmayan hər kəsin böyük narahatlığına səbəb olur:

“Mənim mövqeyim tam aydındır və ərazi bütövlüyü prinsipinə əsaslanır. Yəni, Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və bunu heç nə dəyişməyəcək”.

M.Saakaşvili əlavə edib ki, öz torpaqlarından qovulmş hər kəs qayıtmaq, orada yaşayanlar isə sülh içində yaşamaq hüququna malikdir, onların hüquqları müdafiə olunmalıdır.