SON DƏQİQƏ:

Peyvəndin tərkibində alüminium və civə varmı? - Video

  9296   |  
Şriftin ölçüsü  

TƏBİB-in eksperti, infeksionist Nəzrin Mustafayeva mövsümi qrip virusu ilə bağlı məsləhətlər verib.

Axar.az xəbər verir ki, həkim kəskin respirator xəstəliklərin payız-qış aylarında baş qaldırdığını deyib.

“Kəskin respirator xəstəliklər törədən, bir-birinə oxşar əlamətlərlə seyr edilən xəstəliklərə səbəb olan infeksiyalar çoxdur. Bunlar arasında ən təhlükəlisi qrip adlandırılan influenza virusudur. Lakin bu virusun qarşısını almaq üçün əlimizdə peyvəndlər var. Peyvəndlənmə statistikasına baxdıqda, Avropa ölkələrində əhalinin peyvəndlənməsi 50 faizə, İngiltərədə bu rəqəm 40-50 faizə, ABŞ ştatlarında isə 60-70 faizə bərabərdir. Koronavirus pandemiyasının hələ də dünyada davam etdiyi dövrdə respirator infeksiyalar əlavə olunarsa, bu, o xəstəliyin gedişatının ikiqat ağırlaşmasına səbəb ola bilər. Odur ki, hər kəs peyvənd vurdurmalıdır”, - infeksionist bildirib.

Həkim peyvəndlərin tərkibində civə və alüminium kimi ağır metalların olması barədə yayılan əsassız məlumatlara da aydınlıq gətirib:

“Qrip peyvəndinin tərkibində nə civə, nə də ki, alüminium yoxdur. Əgər olarsa, bu, peyvəndin sterilliyini təmin etmək üçündür və çox cüzi miqdardadır. Digər qidalardan qəbul etdiyimiz alüminium və civənin miqdarı peyvənddə olan miqdardan qat-qat yüksəkdir”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK