SON DƏQİQƏ:

AQİL ABBAS: BƏLKƏSİZ, QAYTARMAYACAQLAR...

  115190   |  
Şriftin ölçüsü  

İqtidarı sevməyə bilərsən və heç sevmək məcburiyyətində də deyilsən. Dünyada elə bir ölkə yoxdur ki, orda iqtidarı hamı sevsin. Hətta dünyanın ən xoşbəxt ölkəsi olan İsveçdə belə. Orda da iqtidardan inciyənlər var, sevməyənlər var və müxalifət var. Və iqtidarı taxtdan salmaq və özləri iqtidara gəlmək üçün də bütün sivil yollarla mübarizə aparırlar.

Bəli, iqtidarı sevməyə bilərsən. Amma dövlətini və xalqını sevmək necə deyərlər, imandandı. İqtidar hamımızın olmasa da, dövlət və xalq hamımızındı. Müharibələrdə də şəhid olanlar iqtidarların yolunda yox, dövlətin və xalqın yolunda şəhid olurlar.

Buyur, iqtidarı sevmə. Kim sənə nə deyəcək? Bəs, bu xalq, bu dövlət? Axı bu xalq, bu dövlət də sənindir, bizimdir.

Üç cüt, bir tək üzvü olan Milli Şuranın saytlarda və sosial şəbəkələrdə bir videokonfransını paylaşıblar. Düzdür, konfrans deyəndə bir az yekə çıxır. Bunlar vaxtilə ölkənin üzdə olan ziyalıları sayılıblar. İqtidar haqqında difiramb oxuyublar, kitablar yazıblar. İqtidarın hesabına yazdıqları o kitablar dünyanın bütün dillərinə tərcümə olunub. Cəmil müəllimin əsərləri hətta gedib bu gün sığındığı Amerikada çap olunub.

Amma indi iqtidardan day dünyanın elə bir institutu, konqresmeni, prezidenti, dövləti yoxdu ki, şikayət etməsinlər. Şikayətləri ilə bərabər həm də yalvarırlar ki, Azərbaycan iqtidarına hər vasitə ilə təzyiq göstərin. Yaxşı, bunu da qoyduq bir kənara. Amma…

COVİD-19 dünyanı bir il geri atıb. Bütün ölkələrdə insanlar bir tərəfdən bu xəstəlikdən əziyyət çəkir, dünyasını dəyişir, iqtisadiyyat da bir tərəfdən. Təbii ki, Azərbaycan da bundan qaça bilməz. İqtidar bütün gücünü birləşdirib, xalqı bu bəladan xilas etmək üçün mübarizə aparır. Hətta iqtisadiyyatın zəiflədiyi bir zamanda 3,5 milyard manata yaxın vəsait də ayırıb bu məqsəd üçün.

Amma Milli Şuranın üzvləri görün nələr arzulayırlar bu xalq üçün? Xəstəliyin daha da çox yayılmasını, insanların daha çox əziyyət çəkməsini, qırılmasını, dövlətin və xalqın kasıblamasını və nəticədə xalqın küçələrə tökülüb üsyan eləməsini və sair və ilaxır. Saytımızda həmin videoçarx olduğu üçün daha ətraflı yazmıram, buyurub saytda baxa bilərsiz.

Özü də bu məsələdə baltanı kökündən vuran, xalqa qarğış eləyən və vaxtilə iqtidarın ən irləlidə gedən sözçülərindən olan Gültəkin Hacıbəylidi.

Cəmil müəllimin də, Gültəkin xanımın da sevgisi heç demə bura qədərmiş, bir mandata qədər.

Unutmayın ki, Ulu Öndər Heydər Əliyev düz 25 il bundan əvvəl birdəfəlik bir məsələyə nöqtə qoydu ki, bir daha Azərbaycanda heç bir üsyanla, heç bir inqilabla və silah gücüylə kimsə hakimiyyətə gələ bilməz. Hakimiyyətin mənbəyi xalqdır. Buyur, xalqın etimadını qazan, seçki ilə gəl hakimiyyətə.

Bizim radikal müxalifət də xalqın etimadını qazanmaq əvəzinə, hər dəfə belə çıxışları ilə xalqın gözündən bir az da düşürlər.

P.S. Və belələri üçün Mirzə Cəlilin «Bəlkə də qaytardılar» hekayəsini dərc edirik və bəlkə oxudular.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK