SON DƏQİQƏ:

Renka: Ailəmiz yoluxdu, atam rəhmətə getdi, özümün vəziyyətim...

  23179   |  
Şriftin ölçüsü  

Yadınızda olar. Ötən ay sosial şəbəkələrdə və xəbər saytlarında "Rəqqasə Renka karantin qaydalarını pozdu” – sərlövhəli videogörüntülərlə bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparıldı.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirdi ki, iyunun 3-də paytaxtın Nizami rayonunda yeləşən restoranlardan birində xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət ad günü mərasimi təşkil olunub.

Nizami RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə obyekt sahibi və iştirakçılar inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 11 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Hadisələr Renkanın da iştirak etdiyi məclisdə- kosmetoloq Aytac Əsədovanın doğum günündə baş verib.

Bu olaydan sonra Renkanın 63 yaşlı atası Vidadi kişi dünyasını dəyişdi.

Adalet.az xəbər verir ki, atasının ölümündən bir neçə gün sonra məlum olub ki, rəqqasə Rəna Ağamuradova da yoluxub və xəstəxanaya yerləşdirib. Aldığımız məlumatlara görə, vəziyyəti qənaətbəxş olduğu üçün o, xəstəxanadan evə köçürülüb. Mətbuata verdiyi açıqlamasında: "Bütün həkimlərə, tibb bacılarına böyük təşəkkürümü bildirirəm. Çox əziyyət çəkirlər. Allah köməkləri olsun. 8 saat bu paltarda gəzmək, xəstələrə baxmaq, həyatlarını riskə atırlar. Halal olsun. Bizə baxan tərkibə ömürlük minnətdaram. Artıq evdəyik, çox sağ olun ki, maraqlanırsınız. Sadəcə çox pisəm, hələ özümə gələ bilmirəm. Danışmaq belə çətindir. Allah köməyiniz olsun, özünüzü qoruyun. Sadəcə mənim danışmağa gücüm yoxdur. Sizdən xahiş edirəm, özünüzü qoruyun!"



Xatırladaq ki, rəqqasə pandemiya dövründə karantin qaydalarına əməl etməyib, tədbirdə iştirak edib, ara məsafəsi saxlamayıb, hətta maska belə taxmayıb. Ehtimal olunur ki, elə həmin tədbirdə yoluxma baş verib.

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-01
2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK