SON DƏQİQƏ:

Ezamiyyələr icaze.e-gov.az portalına əlavə olunacaq

  9018   |  
Şriftin ölçüsü  

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.

Bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalında "İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə "Əməliyyatlar” sütunundan "ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.

Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa bu zaman "İcazələr” bölməsinə daxil olaraq "Aktivləşdir" düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə "Yeni” düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.

Vətəndaşlar yaranan suallarla əlaqədar "ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK