SON DƏQİQƏ:

Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib - VİDEO

  9107   |  
Şriftin ölçüsü  

Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə ön xəttdə yerləşən "N” hərbi hissədə Qurban Bayramı münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, müharibə veteranları, qazilər, şəhid ailələri, ictimaiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də "Mangal Steakhouse” restoranlar şəbəkəsinin rəhbərliyi iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəxsi heyəti Qurban Bayramı münasibətilə təbrik edib, Azərbaycan Ordusunun xalqımızın qürur mənbəyi, güvənc yeri olduğunu bir daha diqqətə çatdıraraq, Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə işğaldan azad olunacaq torpaqlarımızda qurbanlar kəsilməsini arzulayıblar.

Əsgərlərə qələbə əzmi diləyən qonaqlar xalqın mənəvi dəstəyinin daim onlarla olduğunu bildirərək, hər zaman güclü dövlətimiz və qüdrətli ordumuzla fəxr etdiklərini vurğulayıblar. 30-a yaxın dünya şöhrətli aşpaz kəsilən qurban ətindən şəxsi heyət üçün milli mətbəximizin gözəl təamlarından hazırlayıblar.

Məşhur kulinarlar bayram süfrəsini hazırladıqdan sonra, ordu aşpazlarına usta dərsləri verib və hərbi hissənin kitabxanasına kulinariya kitabları da hədiyyə ediblər.
Şəxsi heyət üçün hazırlanmış bayram süfrəsində birlikdə nahar edildikdən sonra hərbi hissənin rəhbərliyi adından tədbirin yüksək səviyyədə təşkilinə görə peşəkar aşpazlara fəxri fərmanlar təqdim olunub.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-01
2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK