SON DƏQİQƏ:

Nicat NOVRUZOĞLU: DÖRDÜNCÜ HAKİMİYYƏTİ LAĞLAĞI YERİNƏ ÇEVİRİBLƏR

  66214   |  
Şriftin ölçüsü  

Bütün dünyada mətbuat 4-cü hakimiyyət sayılır. Müstəqillik illərinin ilk dönəmlərində bizdə də belə idi. Sonra öz adını doğru-dürüst yaza bilməyənlər, bir kitab üzü açıb oxumayanlar, jurnalistikanın «a»sından belə xəbəri olmayanlar 4-cü hakimiyyəti ələ keçirmək üçün hansısa işbazların, özləri kimi siyasətçilərin , nə bilim hansısa kərtənkələlərin köməyi ilə hücuma keçdilər. Nəticədə insanların 4-cü hakimiyyətə inamı itdi. İndi bizdə mətbuat heç 175-ci hakimiyyət də deyil.

Hər gün yalan, böhtan, təhqir, dezinformasiyalar, söyüş…

Milli Ordunun sayı qədər cibində müxbir vəsiqəsi gəzdirən var.

«Dolu» filmində bir yer var.

Drakon boş və mənasız söhbətlərə qulaq asmaq üçün meydana yığılanlara deyir:

- Ə, yenə nə yığışmısız, bura? Rədd olun xarabanıza. Bir də sizi buralarda görsəm , hamınızı aparıb yığıb tökəcəm Qarqarda erməninin qabağına.


İndi bu dezinformasiya yayanları, təhqir, böhtan, yalan yazanlara, söyüşün biri bir qəpik eləyənlərə bir Drakon lazımdı , süpürüb mətbuatdan ata, aparıb tökə Qarqarda erməninin qabağına.

Dünən yayıblar ki, akademik Ramiz Mehdiyev vəfat edib. Paylaşımlar gedib . Və Akademiyadan məcbur olub təkzib ediblər ki, bu yalandı.



İki-üç gün bundan qabaq da yenə saytlar və sosial şəbəkələr belə bir məlumat yaydı ki, DTX Sabirabad rayonunda əməliyyat keçirib, icra başçısının birinci müavini və digər əməkdaşlar saxlanılıb.

Məlum oldu ki, bu da yalandı. Görək bu gün nə yalan uyduracaqlar.


İki gündü sosial şəbəkələrdə bir video yayımlanır. Guya Mədəniyyət və Turizm Nazirliyinin həbs olunan idarə rəisi hansısa bir müğənni ilə oriyental rəqs edir. İndi də məlum olur ki, bu videodakı həmin şəxs deyil, bir rəqs hocasının videosudu.

Mətbuat Şurası belələrinə qarşı ciddi mübarizə aparırdı , nədənsə son zamanlar o da geri çəkildi və «Qara siyahı»nı ləğv elədi.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK