SON DƏQİQƏ:

Quba polisi gücləndirilmiş rejimə keçib

  22490   |  
Şriftin ölçüsü  

Qubaya qarın yağması ilə əlaqədar turistlərin sayının artması, eləcə də rayon ərazisində hərəkətin intensiv olmasını nəzərə alan Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.

Şöbədən Adalet.az-a verilən məlumata görə, polis tərəfindən ərazidə təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Belə ki, Quba RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. İnspektorlar tərəfindən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılır, müvafiq sənədlər yoxlanılır. Bundan əlavə YPX-nin əməkdaşları qonaqların istirahət edəcəkləri ərazi üzrə yollarda olan vəziyyət haqqında onlara məlumat verirlər.

RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində gücləndirilmiş iş rejimində çalışırlar. Onlar təhkim olunmuş xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK