Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib.
Adalet.az xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama verib.
Dövlət Bağçalı Azərbaycan və Türkiyə arasındakı qardaşlığın iki xalqın iradəsi ilə gücləndiyini, ortaq mübarizə nəticəsində möhkəmləndiyini və nəsillər boyu yaşadıldığını qeyd edib: “Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənmiş və nəsillər boyu yaşadılmışdır”.
Bağçalı bildirib ki, eyni həssaslıq Türk dünyasının bütün qardaş dövlətləri üçün də keçərlidir: “Heç bir anlaşılmazlığın böyüdülməsinə, heç bir fikir ayrılığının daimi parçalanmaya çevrilməsinə, heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir.
Qardaşlıq hüququ qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qorunur.
Bu səbəbdən Türk dünyasının hər bir üzvünün vəzifəsi tarixi yaxınlığımızı gündəlik mübahisələrdən üstün tutmaq, fərqliliklərimizi ayrılıq səbəbinə çevirməmək və gələcəyimizi zəiflədəcək addımlardan uzaq durmaqdır.
Unudulmamalıdır ki, Türk dünyasının gücü bir-birimizə duyduğumuz etimadda, müstəqilliyimizə göstərdiyimiz hörmətdə, mədəni dərinliyimizdə və ortaq hədəflərimiz ətrafında nümayiş etdirdiyimiz iradədə gizlidir”.
MHP sədri Türk dünyasının gücünün qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə, mədəni zənginlikdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasında olduğunu bildirib.
Digər Xəbərlər
27 Oktyabr 2026 20:00
Prezident Forumda çıxış etdi - FOTOLAR - VİDEO - YENİLƏNİB
27 Oktyabr 2026 18:01
Milli Məclisin növbəti plenar iclasının gündəliyi məlum olub - YENİLƏNİB
27 Oktyabr 2026 17:41
UNOCT-un Azərbaycanda təmsilçiliyinin genişləndirilməsi planları müzakirə olunub
27 Oktyabr 2026 16:49
Əli Əsədov İƏT-in Baş katibi ilə görüşdü - FOTOLAR
27 Oktyabr 2026 14:42
“Türkiyə ilə qardaş münasibətəri korlayan mütəşəkkil qruplaşma tam tərkibdə aşkar edilməlidir”
27 Oktyabr 2026 14:40
"Sülhün təmin edilməsi üçün hərbi xərclərin yarım faizi kifayətdir" - ICESCO-nun Baş direktoru
27 Oktyabr 2026 14:04
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTOLAR
27 Oktyabr 2026 14:00


Bakı -°C

