SON DƏQİQƏ:

Niderland Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqda maraqlıdır

  27909   |  
Şriftin ölçüsü  

Niderland Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmağa maraq göstərir.

Bunu Trend-ə Niderland Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, BTQ-nin açılışı iqtisadi perspektivləri olan vacib hadisədir:

"Azərbaycan tarixən Şərqlə Qərb arasında körpü olub və bu dəmir yolu Avropa ilə Asiya arasında vacib halqa ola bilər. Niderlandın layihəyə rəsmən qoşulması az ehtimal olunsa da, ölkədə bu dəmir yoluna qoşulmaq və Asiyaya, eləcə də əks istiqamətdə məhsulların nəqli üçün aşkar maraq var. Artıq Niderlandın "Cabooter Group” və Ələt limanı arasında yüklərin daşınması üzrə müqavilələr imzalanıb”.

Bundan başqa, nazirlikdən bildiriblər ki, Niderlandda liman sənayesində ikitərəfli əməkdaşlığın inkişafına maraq var:

"Rotterdam limanının nümayəndələri 2018-ci ildə Bakıda Ümumdünya Limanlar konfransında iştirak edib. Ələt limanının potensialını, eləcə də Rotterdam limanının təcrübəsini nəzərə alaraq, demək olar ki, bu sahədə əməkdaşlıq üçün böyük perspektivlər var”.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK