adalet.az header logo
  • Bakı 11°C

Mən heç yana gedən deyiləm

NİCAT NOVRUZOĞLU
69817 | 2018-06-12 12:19

Adama nə qədərdeyərlər ki, niyə bir yerə çıxıb getmirsən?Bu camaatımızın işi dəhşətdi, faciədi. Niyə məndən canlarını qurtarmaq istəyirlərbilmirəm. Deyim yükəm, yük deyiləm axı. Öz yükümü özüm çəkirəm. Deyim saqqızam,vallah-billah saqqız da deyiləm. Bilmirəm nəmənə zadam ki, görən deyir çıx getburdan. Bütün gedişlərin də hamısı cənnətlə bağlanılır. Gedəssən orda eləolacaq, sonra belə olacaq. Qısası kef edəssən. Ən maraqlısı da odur ki, getmişlərdemir gəl, burdakılar dirəşir get.

Mən bu insanlarabaşa sala bilmirəm ki, mən gedə bilmirəm. Və yaxud da gedə bilmərəm. Anlamırlar. Anlamaq istəmirlər.

Məndeyirəm ki, o saydığınız ölkələr mənim uyğunlaşdığım mühitlə üst-üstə düşmür.Düşməyəndən sonra neynirəm oranı? Neynirəm o kefi ki, kef kimi kef deyil.Ordakı kef deyilən keflə mən kef edə bilmərəm.

Bax,ay camaat, mən gedib o əndirabadi ölkələrdən hansındasa krantı açıb axan suyunşəffaflığını görsəm ürəyim yatar. Hələ onu içsəm ha, inanın ki, böyrəklərimçürüyər, kanallarım tutular. 40 illik qumlu, texniki su içən böyrəklərim məhvolandan sonra neynirəm o kefi? Mənə lazımdı?

Qışdaqaza, yayda suya günlərlə həsrət qalmadınsa neynirəm o kefi?

Hələuşaqlarımı demirəm. Uşaqlarım məni öldürər ki, ay ata, məni niyə repititoryanına qoymursan? İndi mən uşağı nətəri inandırım ki, bala məktəbdə aldığın təhsilelə repititor təhsilidi.

Girənkimi o ölkəyə yəqin ki, sağlamlığımı yoxlayacaqlar. Yoxlaylb sonda bir arayışverəcəklər. O arayış pulsuzolsa mən elə o sağlamlıqxanadaca qalaram. Ürəyim partlayar.

O ölkədəkiElariz sevilmədi, Mətanət şpaqat açmadı, Maral zilə çıxmadı o nə ölkədi?

O ölkədəkiişğaldan azad olunan torpaqdan çox maşın şoudan danışmırlar, tüpürüm elə kefə.

O ölkədəSamiraldo var?

Heç orda xaşbişirə bilirlər?

Mən öz dilindədanışanları "çuşka" adlandırmayan ölkədə nəfəs belə ala bilmərəm.

Bir ölkədəkiyanacaq keyfiyyətsiz deyil, hələ üstəlik satılarkən də qram-qramoğurlanmırsa o ölkədirmi?

Birdən avtobusdayanacaqdan kənarda saxlamadı neynəyəcəm mən? Ha sürücünü söysən də sənə deyirki, buyurun. Ayə belə də ölkə olar?

Əgər ki, əməkhaqqısıminimumu 130, ortasısa 500 manat ola-olaqoşa seriyalı, zerkalnı rəqəmlimaşın nömrəsini 100 min manata satışa qoymadılarsa, o ölkədə mən necəyaşayım?

Buab-hava mənim iliyimə işləyib. Məni orda məhv gözləyir. Getməyimlə cənazəmqayıdacaq. Bəs orda mənim ehsanımı kim yesin? Üstümə 2 tonluq daş qoyulmasa məno torpaqda nətəri yataram?

Sənallah mənə toxunmayın. Çəkin yaxamdan əllərinizi. Öz dünyamda, öz ölkəmdəyaşamaq istəyirəm. Torpağım da olmasa, evim də olmasa, işim də olmasa ləzzət eləyirmənə. Mənim üçün cənnət eləburadı. Belə baxanda elə burda da kef çəkirəm. Özü də hər kəsin çəkə bilmədiyikefdən.


TƏQVİM / ARXİV