Ziya

ETİBAR CƏBRAYILOĞLU
55562 | 2019-06-14 13:56

Ziya-işıqdeməkdir. Memarlıq və İnşaat Universitetinin məzunu, Mədəniyyət və İncəsənətUniversitetinin tələbəsi, Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağaistedadı, əzmkarlığı, bilik və bacarığı səhnəmizə, kinematoqrafiyamıza gur birişıq gətirməyə çalışır.

Gəncaktyor filmlərə, teleseriallara tez-tez dəvət alır, əsas rollara çəkilir. Ziyabu yaxınlarda daha bir sənət uğuruna imza atıb, Moskvada tələbələr arasındakeçirilən beynəlxalq teatr festivalında mükafat qazanıb. Münsiflər onunyaratdığı Otello obrazını yüksək qiymətləndiriblər və Ziya Ağa festivalda "Ənyaxşı aktyor” üçün nəzərdə tutulan mükafata sahib çıxıb. Ümid edək ki, Ziyanınbelə uğurları bol olacaq, səhnəmizdəki, kinomuzdakı işığı daha gur yanacaq.

ZiyaAğa həyat, teatr və kino haqqında düşüncələrini oxucularımızla bölüşür:

"Müğənniolmaq, məşhurlaşmaq istəyirdim”

Türkmüğənnisi Tarkanın yeni populyar olan vaxtları idi, mən də müğənni olmaq,stadionlarda konsertlər vermək, məşhurlaşmaq istəyirdim. Amma məktəbdə oxuyandaelə bir mənəvi zərbə aldım ki... Yaşayış yerimizi dəyişdiyimiz üçün başqa birməktəbə getməli oldum. İlk dərs günü müəllim soruşdu ki, kim mahnı oxuya bilər?Dərhal əlimi qaldırıb irəli keçdim. Necə oxudumsa hamı gülməyə, məni lağaqoymağa başladı. Məktəbi bitirənə qədər daha bir də lövhə qarşısına çıxmadım,elə dərslərimi də oturduğum yerdən danışdım. Müğənni olmaq arzusundan vazkeçsəm də düşündüm ki, kino aktyor kimi də məşhurlaşmaq, qırmızı xalçanınüstündən addımlayıb mükafatlar almaq da pis deyil. Bu dəfə valideynlərim razıolmadı, onlar məni dövlət qulluqçusu görmək istəyirdilər. Mən də sənədlərimiikinci qrupa verməli oldum.


Memarlıqvə İnşaat Universitetinə qəbul olunsam da hiss edirdim ki, sevmədiyim işləməşğulam. Uşaqlıq dostum, indi rejissor və ssenarist kimi tanınan PərvizSeyidli məni tez-tez teatr tamaşalarına aparmaqla sanki depressiyadan çıxmağımayardımçı oldu, həm də teatr sənətinə məndə maraq oyatdı. YUĞ teatrının əməkdaşıSəidə Süleymanovanın köməyi ilə teatrıno zamankı baş rejissoru Gümrah Ömərlə tanış oldum və Gümrah müəllim "YUĞ”unqapılarını necə deyərlər, üzümə taybatay açdı. Və gördüm ki, teatr tamam fərqlibir məkandır, həyatda mənim kimi qapalı, utancaq adam səhnədə rəqs edə bilir,kimisə qucaqlamağı bacarır...

"Bala,sənin ağlın yoxdur deyəsən...”

Memarlıqvə İnşaat Universitetini bitirmişdim, biznesimi qurmuşdum. Bütün bunlarabaxmayaraq 2015-ci ildə sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinəverdim və qəbul olundum. Əməkdar artist, istedadlı pedaqoq Vidadi Həsənov bütünbunları öyrənən kimi ilk sözü bu oldu-Bala, sənin ağlın yoxdur deyəsən... Ammasonra hər zaman mənə dəstək oldu. Sındırmaq istəyənlər ətrafımı bürüyəndəVidadi müəllim mənə arxa-dayaq durdu. O, olmasaydı bu yerlərə gəlib çıxabilməzdim. Əsl pedaqoq kimi məndə nələrisə hiss etmişdi, yeni yaratdığımüstəqil "M. Teatr Production” teatrında hazırladığı "Tıq-tıq xanım”tamaşasında mənə Tülkü rolunu mənə tapşırdı. Səhnəyə çıxanda bir Allah bilirki, necə gərgin idim... Peşəkar aktyorların əhatəsində, tamaşaçılar qarşısınaçıxmağım mənə yuxu kimi gəlirdi. Yalnız evimizin qarşısına çatanda nə başverdiyini anladım və özünmü dünyanın ən xoşbəxt adamı saydım. Çünki həyatdakeçirə bilmədiyim hissləri səhnədə yaşamışdım. Vidadi müəllim pedaqoq kimiməndə sənətə sevgini oyada bilmişdi.

İkincikursda oxuyanda Xalq artisti Pərviz Məmmədrzayevin dəvəti ilə onun "Human”müstəqil teatrında hazırladığı "Üçüncü” tamaşasında Nəvə obrazını oynadım. Bu,mənim səhnədə ilk böyük rolum idi və deyə bilərəm ki, mənə uğur gətirdi.Tamaşaya baxan Firəngiz Mütəllimova, Ramiz Novruz, Kazım Abdullayev kimisənətkarlar çıxışımı bəyəndilər və onların xeyir-duası ilə Akademik Milli DramTeatrına qəbul olundum. Teatrın bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətinquruluş verdiyi "Sinif yoldaşları” tamaşasında Dmitri, Əlif Cahangirinhazırladığı "Bir, iki- bizimki”, "Çipollino”da O və Xəfiyyə rollarınıoynayıram.

"Allahayalvarırdım ki, ermənilərin adı qalib kimi çəkilməsin...”

Hazırdatəhsil aldığım Mədəniyyət və İncəsənət Universitetinin "SABAH” qrupu rejissorGümrah Ömərin quruluşunda "Otello əfsanəsi” tamaşasını hazırlayıb. Gümrahmüəllim Şekspirin məşhur "Otello” pyesi əsasında ərsəyə gətirdiyi tamaşada mənəbaş rolu etibar edib.


Bizhəmin tamaşa ilə bu il martın 15-dən 20-dək Moskvada keçirilən "QİTS-ustaddərsi” beynəlxalq teatr festivalında iştirak etdik. Festivala Belarusdan,Moldovadan, Qazaxıstandan, Özbəkistandan və Ermənistandan tələbələr öztamaşalarını gətirmişdilər. Ermənilər də "Otello” ilə təmsil olunurdu.

Özünəməxsusteatral mühiti ilə dünyada tanınan Rusiya paytaxtında Şekspir əsərini oynamaqböyük bir risk idi, şadam ki, altı aylıq əziyyətimizin bəhrəsini gördük,tamaşamız maraqla qarşılandı. Mükafatlandırma mərasimi çox həyəcanlı keçdi,bizim "Otello” "Ən orijinal tamaşa” nominasiyasının qalibi oldu. "Ən yaxşıkişi” rolu üçün mükafatın qalibi elan olunanda ürəyimdə Allaha yalvarırdım ki,təki ermənilərin adı qalib kimi çəkilməsin... Otellonu oynayan erməniyəuduzsaydım daxilən sına bilərdim. Səhnədən "Ən yaxşı kişi rolu”nun qalibi kimiöz adımı eşidəndə donub qaldım. Səmimi deyim ki, sevinə də bilmədim, çünkiummadığım bir şeyə nail olmuşdum...

Festivaldaqazandığım bu mükafat tək mənim deyil, çünki Otellonu müəllimlərim deyən kimiyox, öz bildiyim kimi oynasaydım heç nə qazana bilməzdim. Mükafatı Gümrah Ömər,Mehriban Zəki, Nadir Hüseynov, Fikrət Məlikov, Vidadi Həsənov və Bella Məmmədbəyova kimimüəllimlərimin əməyinə verilən qiymət hesab edirəm.

"Bizimözümüzdə günah çoxdur”

Rusiyapaytaxtında olanda onların teatr institutlarının tədris prosesi ilə dəmaraqlandıq. Tələbələr saat 8-dən axşam 11-ə qədər məşğul olurlar, aktyor məhzbelə mühitdə yetişə bilər.

Bizimuniversitetdə bacarıqlı pedaqoqlar çoxdur. Səhnə danışığı müəllimimiz NadirHüseynovdan çox şey öyrənmək olar. Nadir müəllim həmişə tələbələrə deyir ki,öyrənmək istəyənlər üçün mobil telefonum 24 saat açıqdır, nə zaman, nəmaraqlandırırsa soruşun, lazım olsa lap gecə də gəlib universitetə. Sadəcə,bizim özümüzdə günah çoxdur, öyrənmək istəmirik. Bəziləri elə bilir ki, bizim işimizilham pərisindən asılıdır, oxumaq, öyrənmək o qədər də vacib deyil...

"FuadPoladovun Kral Liri”

Şekspiridərindən anlamaq üçün onun pyeslərini, sonetlərini oxuyuram. Otello barədəyetərincə danışdıq, onun başqa bir əsərində də oynamışam. Azər Paşa müəllimAkademik Milli Dram Teatrında Şekspirin "12-ci gecə, yaxud hər nə istəsəniz”tamaşasında mənə rol verib. Görkəmli sənətkarımız Həsənağa Turabovun yubileytədbirində Hamleti oynamışam. Aktyorlardan əksəriyyəti istəyir ki, Hamlet kimisəhnəyə çıxsın, amma mənim ürəyimdən daha çox "Kral Lir”dəki Təlxəyi oynamaqkeçir. Arzulayırdım ki, böyük sənətkar Fuad Poladovun Kral Lir oynadığıtamaşada Təlxək rolunda səhnəyə çıxım, amma çox təəssüf bu istəyimreallaşmadı... Səhnədə canlandırmaq istədiyim bir obraz da var, lakin oDostoyevski yaradıcılığındadır, Roskolnikovu oynamaq arzusundayam.

"Rejissorlarbu sözümdən incimir”

Bugünə kimi "Sus”, "Arzuların ardınca”, "Qız qalası”, "Dalan” bədii filmlərinəçəkilmişəm, "Məryəm”, "Ögey ana”, "Könül yarası” teleseriallarında rol almışam.Açıq deyim ki, teleseriallarda özümü çox pis hiss edirəm, çünki səhnədəkeçirdiyim yaşantıları kinoda duya bilmirəm. Etiraf edək ki, içi mən qarışıqteleseriallarda hamı kəmiyyət ardınca qaçır, bəzən öz-özümdən iyrənirəm. Fikirlərimigənc rejissorlarımıza da demişəm və onlar bu sözümdən incimirlər, reallığıonlar da yaxşı anlayırlar. Ona görə də məni narahat edən neqativ şeylərə çoxgedib gileylənmək istəmirəm...

Serialdaçəkildiyin qəhrəmanın başına min oyun gəlir, ata-anası, bacı-qardaşı ölür, özüevlənib-boşanır və sən də bütün bunları oynayıb tükənirsən. Sabah ciddi birobraz yaratmaq istəyəndə özünü təkrar etməyə məcbur olursan. Festivalda qalibolan Otello rolu üzərində aylarla çalışmışam, lakin yenə də narazıyam, 1-2 günəhazırlanan hansısa rolumdan necə razı qala bilərəm?

Bəzənimtina edə bilmirsən, çünki iki seçim qarşısında qalırsan. Ya özünüincitməlisən, ya da ailəni. Mən bəziləri kimi eqoistlik edib ailəmi incitməkistəmirəm. Yeni televiziya mövsümü üçün bir neçə serialdan təkliflər var, ammayəqin ki, imtina edəcəyəm. Sağ olsun, dövlət başçımız teatrda çalışanlarınmaaşını artırdı. Düzdür, məişət problemlərini tam həll etmək olmur, amma puldanda dəyərli şeylər var. Mənə görə sənət namusu olanlarla bir kollektivdə çalışmaq,eyni səhnəni bölüşmək daha önəmlidir.

Həyatabaxışım bir az fərqlidir. Tutaq ki, telefon almaq istəyirəm, düşünürəm gərəktelefon da bunu istəsin. Mən, telefon və Allah arasında üçbucaq yaranmalıdırki, sonda məqsədimə çatım. Bu günə qədər məhz bu üçbucağın sayəsində arzularımayetmişəm. Bəzən dost-tanış deyir ki, niyə var-dövlət sahibi deyilsən? Cavabımçox sadədir-çünki heç vaxt bunu arzulamamışam. Əgər istəsəm ən varlıadamlarından biri də ola bilərəm...

EtibarCƏBRAYILOĞLU


TƏQVİM / ARXİV