01 Noyabr 2025 17:38
91
SİYASƏT

Sahibə Qafarova Misirə səfərə getdi

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 1-də Misir Ərəb Respublikasının Qahirə şəhərinə işgüzar səfərə gedib.

Adalet.az xəbər verir ki, Qahirənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin səfiri Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edəcək.