Meyxanaçı Vüqar Əbdülov meyxana sənəti üçün xidmət edən həmkarlarından danışıb.
Adalet.az bildirir ki, o, həmkarları arasında daha çox Mehman Əhmədlini bu peşədə pedaqoq hesab edib:
“Mənim meyxanada etdiklərim heç kəs etməyib. Hər kəs məni Namiq Qaraçuxurlu ilə eyni tutur. Namiq istedadlıdır. Ancaq onun meyxana ilə bağlı yalnız bir kasseti var. Geridə gördüyü işlər isə özü üçün yol açmaq ve koryerasini inkişaf etdirməsidir. Yəni oxuduğu mahnıların meyxana ilə əlaqəsi yoxdur. Namiq Məna da baxmayaraq ki, bu gün Yazıçılar İttifaqının (Qubadlı bölməsi) sədridir, o da meyxana üçün heç nə etməyib. Mən təxminən 20 meyxananı öz vəsaitim hesabına yazdırmışam ki, sənət yaşasın.
Mehman Əhmədli ancaq meyxana üçün, bu sənət üçün mübarizə aparıb. Bu gün meydanlarda məşhurlaşan bir çox meyxanaçıların sənətə gəlməyində onun böyük rolu var”.
Əntiqə


Bakı -°C
