Bu uşaqların nəticələri daha yüksəkdir - Nazir açıqladı
Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sonrakı təhsil nəticələri bu təhsilə cəlb olunmayan uşaqlarla müqayisədə daha yüksəkdir.
Adalet.az xəbər verir ki, bu fikri elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil pillələri və səviyyələri arasındakı əlaqənin düzgün başa düşülməsi mühüm məsələdir. Xüsusilə məktəbəqədər təhsilə cəlbetmənin artırılması uşaqların məktəbə hazırlığı və sonrakı təhsil nəticələri baxımından əhəmiyyətlidir.
Emin Əmrullayev qeyd edib ki, 2014–2015-ci illərlə müqayisədə məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi 14 faizdən 45 faizə yüksəlib.
“Ən azı bir il məktəbəqədər təhsilə cəlb olunan uşaqların ikinci, üçüncü və dördüncü siniflərdəki nəticələri məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlarla müqayisədə əhəmiyyətli dərəcədə daha yüksəkdir.
Yəqin buradakı müəllimlər də mənimlə razılaşarlar ki, məktəbəqədər hazırlıq keçən uşaqlarla işləmək daha asandır”, - deyə Emin Əmrullayev bildirib.
Digər Xəbərlər
05 Oktyabr 2026 11:49
"Süni intellektdən istifadə edən və etməyən müəllimin arasında fərq yarana bilər" - Nazir
05 Oktyabr 2026 09:52
“Əməyinizin nəticələrindən qürur duymağı arzulayıram” - Emin Əmrullayev
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20
Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31


Bakı -°C

