“Problem nədir? Müsir İran özünü Səfəvinin, müasir Türkiyə özünü Osmanlının varisi hesab edir. Niyə? Çünki düşüncə inkılabı yaşaya bilmədilər: ərəb şəriətindən daha yaxşısını yarada bilmədilər. Aydınlarına deyil, aydın olmayanlarına inandılar. Dini kimliyi milli kimlik kimi anladılar. Problem budur”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
“İslamı, yəni ərəb mentalitetini milli kimlik kimi anlayan türk, türkün ən böyük düşmənidir. Fars aydınları, məsələn, fars yazıçı Cəlal Əli Əhmədin "Qərbliləşmə xəstəliyi" kitabını oxuyun, görün fars milli kimliyinin təəssübkeşi olaraq səfəviliyi necə aşağlayır.Eyni mövqe bizim Axundovda da var. Sasanibazlar üçün Axundov İran millətçisidir.Biz bu iki ölkə ilə müqayisədə milli kimliyimizi önə çıxarmaqda ehtiyatlı davransaq da, ən azı, dini kimliyin, yəni ərəbizmin önünə mədəni kimliyinizlə çıxırıq.Sekulyarizm də budur: Tanrı düşüncəsinin önünə insan düşüncəsiylə çıxmaq. Biz gələcəyin xalqıyıq. İslam adlı ərəb mentalitetindən uzaqlaşdıqca mədəni bir toplum olacayıq. Bu yolda nəinki düşmənə, ən yaxın qardaşa belə güzəşt etməməliyik”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
