adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

TÜRKİYƏ MƏTBUAT vǝ NƏŞRİYYATINDA ƏHMƏD CAVAD - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
1773 | 2022-12-26 12:41

Əhmǝd Cavad Gǝncǝdǝ Mehrili kǝndindǝ dünyaya gǝlmiş (5 Mayıs 1892), ilk tǝhsilini atası Mǝhǝmmǝdǝli vermiş, Gǝncǝ Ruhani Seminariyasında tǝhsilini davam etdirmişdir. Türkiyǝnin Qazi universitetindǝ tǝhsil alan Zǝminǝ Ziyayeva Əhmǝd Cavadla bağlı hazırladığı dissertasiyada “Əhmǝd Cavadın müǝllimi Hüseyn Cavidin onunla bağlı olaraq Əhmǝd Cavad hǝzin vǝ ahǝnkdar şeirlǝr oxudu” dediyini vǝ onun gözǝl bir şair olduğunu vurğulamışdır.

Əhmǝd Cavad haqqında danışmazdan ǝvvǝl 1928-ci ildǝ İstanbulda Orxaniyǝ mǝtbǝǝsindǝ ǝrǝb ǝlifbası ilǝ çap olunmuş “İstiqlal Uğrunda” adlı kitabın giriş hissǝsini oxuyaq:

Hǝm bir çox Azǝrbaycanlılar tǝrǝfindǝn vaqiǝ bulan mütǝǝddid müraciǝtlǝrdǝ tǝyid olunan ruhi pǝk böyük bir ehtiyacı tǝtmin eylǝmǝk, hǝm dǝ istiqlal uğrunda dönmǝz ǝzmlǝ qüdsi bir cidal sǝhnǝsinǝ atılan bir Türk ilinin ruhundaki hürriyǝt vǝ istiqlal eşqini qardaş bir mühitǝ tanıtmaq mǝqsǝdi ilǝ mǝtbua vǝ qeyri-mǝtbu müxtǝlif zamanlarda yazılan vǝ müxtǝlif sǝhifǝlǝrdǝ mündǝric olunan millî nǝşidǝlǝrin bir arada tab nǝşrini ötǝdǝn bǝri düşünürdük.

Bu kǝrǝ tǝlifini vǝtǝndaşımız Kǝmal Bǝyǝ tǝvdi etdigimiz işbu mǝcmuǝnin nǝşrinǝ tasdi (ǝziyyǝt vǝrmǝ) etmǝklǝ millî Azǝrbaycan gǝncliginiñ ruhi ehtiyacını vǝ eyni zamanda bu mübariz ruhuñ ǝsli vǝ fariq (fǝrqli) sifǝtlǝrini bilmǝk istǝyǝn dostlarıñ tǝdqiq mǝraqını bir az olsun tatmin edǝbildiksǝ kǝndimizi mǝsud add idǝriz.”

Bu nadidǝ ǝsǝri mǝnǝ 1979-cu ildǝ eyni yatqxanada qaldığımız vǝ bir-birimizǝ hǝddǝn artıq, qardaşcasına yaxın olduğumuz Kǝrküklü qardaşım Prof. Dr. Çoban Xıdır Bǝşirli ǝrmǝğan etdi. O indi Bağdad Universitetindǝ müǝllim işlǝyir vǝ daimi olaraq görüşürük.

Mǝrhum şǝhidimiz Əhmǝd Cavad Türklük ideyasına vǝ Turan Davasına sǝmimi qǝlbdǝn inanmış bir ziyalımızdır. Mǝlum olduğu üzrǝ may ayının 5-ci günü 1892-ci ildǝ Şǝmkirin Mehrili kǝndindǝ doğulmuş oktyabr ayının 12-si 1937-ci il tarixindǝ Rus imperializmi tǝrǝfindǝn vǝhşicǝsinǝ qǝtlǝ yetirilmişdir.

Altı yaşında yetim qalan Əhmǝdi Gǝncǝyǝ aparan anası onun tǝlimi ilǝ maraqlanmış, ruhani müǝllim mǝktǝbini burada başa vuraraq Anadoluda davam edǝn döyüşlǝrdǝ iştirak etmǝk üzrǝ könüllülǝr dǝstǝsilǝ İstanbula getmiş vǝ Türkiyǝli qardaşları ilǝ çiyin-çiyinǝ döyüşmüş, ölkǝyǝ qayıtdıqda Xeyriyyǝ Cǝmiyyǝtinin sǝflǝrindǝ hǝrbdǝn ziyan görmüş ailǝlǝrlǝ yetim vǝ öksüz qalmış uşaqlara yardım etmiş, Dağıstan vǝ Gürcüstandan Türkiyǝnin Qars, Ardahan vǝ Ərzurum vilayǝtlǝrinǝ yolladığı mǝqalǝlǝri Qafqazya qǝzetindǝ çap olunmuş (1914-15), yaranan ilk Demokratik Azǝrbaycan Cümhuriyyǝtinin qurulmasını alqışlamış, 27 Nisan (aprǝl) 1920-ci ildǝ Azǝrbaycanın Qızılordu tǝrǝfindǝn işğalıyla Qusarın Huluq kǝndindǝ, 1930-cu ildǝn sonra da Gǝncǝdǝ Kǝnd Tǝsǝrrüfatı İnstitutunda müǝllimlik etmiş, Rus vǝ Gürcü ǝdǝbiyyatından tǝrcümǝlǝr etmiş vǝ axırda imperializmin ǝliylǝ şǝhadǝt mǝrtǝbǝsinǝ yüksǝlmişdir.

Türkiyǝ ictimaiyyǝti Əhmǝd Cavadı daha çox bǝstǝlǝnǝn “Çırpınırdı Qara Dǝniz” şeiri ilǝ tanıyır. Bu şeir xüsusilǝ 1960-1980-ci illǝr arasında Türkiyǝdǝ gǝmi azıya almış sağ-sol, millǝtçi-kommunist kimi bir-birindǝn fǝrqli düşüncǝlǝrǝ sahib insanlar arasında gedǝn mübarizǝdǝ millǝtçilǝrin milli himni kimi qǝbul edilmişdi vǝ hǝr bir tǝdbirdǝ kütlǝvi şǝkildǝ oxunmuşdur.

“İstiqlal Uğrunda” mǝcmüǝsindǝ Əhmǝd Cavadın “Milli Bayrağımız”, “Al Bayrağa”, “Nǝdǝn Yarandın”, “Göy Göl”, “Bismillah”, “Qalq”, “Sǝn Ağlama”, “Bir Gül Əkdim”, “Bir Gün” “Azǝrbaycan” “Ay Ellǝr”, “Yazma” adlı şeirlǝri çap olunmuşdur. Bu mǝcmüǝdǝ mǝnǝ ǝn çox tǝsir edǝn şeir mǝrhum şǝhidimizin 1918-ci ildǝ Bakının Ermǝni-Rus birlǝşmǝlǝrindǝn xilas edilmǝsindǝ şǝhid olan Anadoludan qardaş kömǝyinǝ gǝlmiş ǝsgǝrlǝrin sentiyabrın 16-cı günü dǝfn mǝrasimindǝ oxuduğu vǝ Anadolulu şǝhid vǝ qazilǝrǝ hǝsr etdiyi “Qalq” adlı şeirdir.

Qalq, qalq sarmaşıqlı mǝzar altından

Gǝlmiş ziyarǝtǝ qızlar-gǝlinlǝr.

Ey karvan keçidi yollar üstündǝ

Hǝr gǝlǝn yolçuya yol soran ǝsgǝr!

 

Qovduqlarıñ sǝniñ yabancı xanlar

Qurtardı ölkǝmi dökdügüñ qanlar.

Baq nasıl öpmǝkdǝ tozlar, dumanlar

Qǝrib mǝzarıñı bǝndǝ bǝrabǝr.

 

Sǝnin qanıñdanmı düzlǝrdǝ böylǝ

Qüdrǝt bitirmişdir sayılmaz lalǝ?

Dost elindǝn qopdu bir yanıq nalǝ

Yoqsa o nalǝnin ruhumu söylǝr?!

 

Keçǝrkǝn göklǝrdǝn bir qatar durna

Ağlar bırakdımı gözlǝri sorma!

Baq doğru çıqmaqda gördügün röya

Bǝslǝdigiñ ǝmǝl bu gün gülümsǝr…

 

Çarıqlı qardaşıñ sadǝdil köylü

Yalñız mǝzarıña bir örük ördü;

Toplanıb baş-başa hǝr üçü-dördü

Hǝr gün köylü qızlar dǝrdiñi diñlǝr…”

Əhmǝd Cavadla bağlı olaraq Türkiyǝnin universitetlǝrindǝ dissertasiyalar hazırlanmış, elmi mǝqalǝlǝr yazılmışdır. Örnǝk olaraq 1997-ci ildǝ Gazi Ünivǝrsitǝsi Fǝn-Ədǝbiyat Fakültǝsi Türk Dili vǝ Ədǝbiyatı Bölümündǝ tǝhsil alan Zǝminǝ Ziyanın “Ahmǝt Cǝvat” adlı dissertasiyanı göstǝrǝ bilǝrik.

Türkiyǝdǝki nǝşriyat vǝ yayım orqanlarına gǝldikdǝ “Türk Dünyası Ədǝbiyatçıları Ansiklopǝdisi”nin üçüncü cildindǝ Əhmǝd Cavadla bağlı mǝlumatlar yer tutmuşdur. Tǝlǝbǝ yoldaşım Sǝrvǝt Gürcan

Çırpınırdı Karadeniz-I”, “Dalğa” adıyla onun şeirlǝrini çap etmişdir. Ondan başqa İrfan Murat Yıldırım

 

Sǝlam Türkün Bayrağına” adlı, yenǝ bir başqa tǝlǝbǝ yoldaşım yazıçı Müslüm Oğuz

Nisan Ağlar Mayısa” adlı bir roman yazmışdır. Azǝrbaycanda ziyalı ictimaiyyǝtin yaxından tanıdığı Prof. Dr. Yavuz Akpınar Dǝrgah nǝşriyyatı tǝrǝfindǝn çap olunan “Azǝri Ədǝbiyatı Araştırmaları (XX. yy. Azǝri Ədǝbiyatı)

adlı ǝsǝrindǝ Əhmǝd Cavad haqqında geniş mǝlumat vermişdir. Prof. Dr. Marifǝ Hacıyeva Samsunda çap ettirdiyi “20 Asır Azǝrbaycan Ədǝbiyatı” adlı ǝsǝrindǝ, İrfan Ünvǝr Nasrattınoğlu

“Çağdaş Kuzey Azǝrbaycan Şiir Antolojisi” , Doç. Dr. Zeynǝlabidin Makas Başbakanlık Basımǝvi tǝrǝfindǝn çap olunan “Çağdaş Azǝrbaycan Şiir Antolojisi”

ǝsǝrindǝ, Bǝngü Yayınları tǝrǝfindǝn çap olunan ”Çağdaş Azǝrbaycan Şiir Antolojisi” Əhmǝd Cavadın şeirlǝrindǝn örnǝklǝr dǝrc etdirmişdir. Dǝrgah yayınları tǝrǝfindǝn çap olunan “Türk Dili vǝ Ədǝbiyatı Ansiklopedisi” adlı ǝsǝrdǝ, mǝrhum alimimiz Prof. Dr. Samir Kazımoğlunun “Türk Toplulukları Ədǝbiyatı”, Azǝrbaycan Milli Mǝrkǝzinin bir vaxtlar sǝdrliyini yeritdiyi Kǝrim Odǝrin Boğaziçi yayınları tǝrǝfindǝn çap olunan “Azǝrbaycan” adlı ǝsǝrindǝ, Türkiyǝdǝ Başnazirlik Qurumunda işlǝyǝn Cǝm Əndǝr Aslanoğlu ilǝ İsmail Kayabalı tǝrǝfindǝn hazırlanan vǝ 1977-ci ildǝ çap olunan “Azǝrbaycan Türklǝri Kültür Tarihinin Ana Hatları” adlı ǝsǝrdǝ, mǝrhum ziyalı Əhmǝd Kabaklı tǝrǝfindǝn hazırlanan “Türk Ədǝbiyatı”

adlı ǝsǝrin üçüncü cildindǝ, Azǝrbaycanın Qırmızı ordu tǝrǝfindǝn işğalından sonra Türkiyǝyǝ pǝnah aparan “Azǝrbaycan Cümhuriyyǝti Mili Əmniyyǝt Tǝşkilatı”nın rǝhbǝri Naki Keykurunun 1964-cü ildǝ çap olunan “Azǝrbaycan İstiklal Mücadǝlǝsindǝn Hatıralar” ǝsǝrindǝ, Milli Əgitim Basımǝvi tǝrǝfindǝn çap etdirilǝn

“İslam Ansiklopǝdisi”nin ikinci cildindǝ mǝrhum şairimizlǝ bağlı geniş mǝlumatlar yer tutmuş, onun Azǝrbaycan ǝdǝbiyyatındakı vǝ azadlıq mübarizǝsindǝki yeri ilǝ bağlı fikirlǝr şǝrh edilmişdir. İskiklal UğrundaMilli KültürTürk YurduŞǝbnǝmAzǝrbaycan Kültür Dǝrnǝyinin nǝşriyyat orqanı “Azǝrbaycan” jurnalında hǝr ilin müǝyyǝn dönǝmlǝrindǝ müxtǝlif mǝqalǝlǝr vǝ şeirlǝri dǝrc olunmuşdur.

Hǝr il Əhmǝd Cavad ilǝ bağlı müxtǝlif nǝşriyyat orqanlarında mǝqalǝlǝr çap olunur. “Yenidǝn Ərgǝnǝkon” adlı jurnalın saytında 2008-ci ilin iyun ayının 4-ündǝ “Özgürlük vǝ Kahramanlık Şairi” adıyla gözǝl bir mǝqalǝ dǝrc olunmuşdur. ”Dünya” qǝzeti mǝrhum şairimizin anadan olmasının 128-ci ili münasibǝtilǝ mǝqalǝ çap etmişdir. Bu il may ayının 5-ci günü Sabah qǝzetindǝ “Çırpınırdı Karadǝniz Şairi Ahmǝt Cǝvat doğumunun 130. Yılında” adıyla bir mǝqalǝ çap olunmuşdur. Yǝsǝvi Universiteti tǝrǝfindǝn çap etdirilǝn “Türk Ədǝbiyatı İsimlǝr Sözlüğü” adlı ǝsǝrdǝ onunla bağlı mǝlumat yer tutmuşdur. 2013-cü ildǝ Yǝsǝvi Maturidi Otağı adlı nǝşriyyat orqanında “Ahmǝt Cavad Kimdir” adlı mǝqalǝ çap olunmuşdur. Yenǝ bu il “Kırmızılar” adlı dǝrgidǝ Əhmǝd Cavad ilǝ bağlı samballı bir mǝqalǝ dǝrc olunmuşdur.

Türkiyǝnin milli qurumu “Anadolu Agentliyi” tǝrǝfindǝn yayılan xǝbǝrin anons sǝhifǝsinǝ fikir verilsin:

Nǝticǝ olaraq deyǝ bilǝrik ki, Türkiyǝdǝ hǝr il Azǝrbaycan dövlǝtinin yarandığı 28 May günü mütlǝq Əhmǝd Cavad ilǝ bağlı mǝlumatlar qǝzet vǝ jurnallarda yer tutur. Türk dünyası vǝ Azǝrbaycan ǝdǝbiyyatı ilǝ bağlı çap olunan hǝr bir ǝsǝrdǝ mütlǝq Əhmǝd Cavad ilǝ bağlı hǝrtǝrǝfli mǝlumatlar vǝ onun millǝtçiliyi, dövlǝtçiliyi, türklüyǝ vurğun fikirlǝri dǝrc edilir, yeni nǝsillǝrǝ tanıdılır. Bütün bunlar Türk Birliyinǝ gedǝn yolda hǝr bir Türk evladının şǝhid şairimiz Əhmǝd Cavadın milli düşüncǝ xǝttinin nǝ olduğunu başa düşǝrǝk öz öhdǝsinǝ düşǝn vǝzifǝlǝri layığınca yerinǝ yetirmǝsinin ǝn vacib vǝ müqǝddǝs bir mǝsǝlǝ olduğunu vurğulayır.

TƏQVİM / ARXİV